Bakıda Beynəlxalq İnnovasiyalar Forumu keçirilir
19.09.2015 [10:49]
Sentyabrın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi və “ADA” Universitetinin təşkilatçılığı ilə “World Summit Award” (WSA) və “Grand Jury” forumu işə başlayıb.
AZƏRTAC xəbər verir ki, WSA-nın sədri Piter Bruk forumun məqsədinin BMT-nin İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitinin (WSIS) gündəminə əsasən yerli informasiya cəmiyyətinin kreativliyini və müxtəlifliyini nümayiş etdirmək, cəmiyyətdə güclü təsiri olacaq rəqəmsal həll yollarını tapmaq olduğunu deyib.
“ADA” Universitetinin prorektoru Məhəmmədou Kah bildirib ki, forumda mövcud innovasiyalar göstərilib qiymətləndiriləcək. “ADA” Universiteti isə bu layihəyə kompyuter elmləri və mühəndisliyi istiqamətində dəstək verir.
Qeyd edilib ki, iki hissədən ibarət tədbirin birinci hissəsində ictimaiyyət üçün açıq forum təşkil edilib. Forumda sahibkarlarla xarici ekspertlərin bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barədə öz fikirlərini bölüşməsi üçün imkan yaradılıb.
İkinci hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-dək tətbiq arasından 40 qalib seçilməsi üçün “Grand Jury” sessiyası olacaq. İyirmi bir beynəlxalq ekspert BMT-nin üzvü olan hər bir dövlət tərəfindən “World Summit Award”a göndərilən tətbiqləri dəyərləndiriləcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin direktoru Kamran Ağası bildirib ki, tədbirin əsas məqsədi dünyadakı mövcud innovasiyaların təcrübəsini öyrənmək, onları müzakirə etmək və Azərbaycanda tətbiqinə nail olmaqdır. O, sosialyönümlü xidmətlərin göstərilməsinin qabaqcıl mexanizmi olan və dünyada ilk dəfə Azərbaycanda tətbiq edilən “ASAN xidmət” modeli, dövlət rüsumlarının və cərimələrin, eləcə də digər onlayn ödənişlərin vahid platforma üzərindən həyata keçirilməsini təmin edən “ASAN ödəniş” portalı və “ASAN imza” xidmətinin mexanizmləri barədə məlumat verib.
Qeyd edilib ki, bir çox ölkələr “ASAN xidmət” modelinin tətbiqində maraqlıdır. Bu müsabiqədə Azərbaycan altı layihə ilə iştirak edir. Onlardan biri “ASAN ödəniş” terminalları layihəsidir.
Forum sentyabrın 20-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

