Nəsimi rayonunda 9 ayın yekunları müzakirə olunub
16.10.2015 [10:02]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında geniş müzakirə olunub.
İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Prezident İlham Əliyevin Sədrliyi ilə oktyabrın 12-də keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası barədə ətraflı məlumat verərək bildirib ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf edib. Natiq qeyd edib ki, hesabat dövründə Nəsimi rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 350255 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 21,6 faiz çox sənaye məhsulu istehsal edilib, rabitə müəssisələri tərəfindən 45652 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz çox rabitə xidməti, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə ümumilikdə 290219 min manatlıq xidmət göstərilib. 9 ayda rayonun tikinti kompleksində bütün maliyyə mənbələri hesabına 703200 min manat məbləğində investisiyadan istifadə edilib, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz çoxdur. İstifadə edilmiş vəsaitin 630450 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,8 faiz çoxdur.
Hesabat dövründə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 479320 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox istehlak malları satılıb. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 401830 min manatlıq, yaxud əvvəlki ildəkindən 8,7 faiz çox pullu xidmətlər göstərilib.
2015-ci ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3289 nəfər və ya 2,3 faiz artaraq 145937 nəfər, orta aylıq nominal əməkhaqqının səviyyəsi isə 6,1 faiz və ya 29,9 manat artaraq 520 manat təşkil edib. Hesabat dövründə rayonda yeni açılmış iş yerlərinin sayı 1887-yə çatıb. Onlardan hamısı daimi iş yerləridir. Oktyabr ayının 1-nə olan məlumata görə rayonun əhalisi 217,8 min nəfər təşkil edib. Sözügedən dövrdə respublikamızın hər yerində olduğu kimi, Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf, əhalinin rifah halının daha da yüksəlməsi təmin olunub, dinamik artım templəri üstünlük təşkil edib.
Qeyd olunub ki, hesabat dövründə müvafiq Dövlət Proqramına uyğun görülən işlər çərçivəsində 1 saylı tam orta məktəb əsaslı təmir olunub. Məktəbin qəzalı idman zalı sökülərək 10 yeni sinif otağı daxil olmaqla yeni idman zalı tikilib istifadəyə verilib. Həmçinin 135, 147 və 174 saylı uşaq bağçaları əsaslı təmir olunub. Yay tətili zamanı rayonun bütün orta məktəblərində cari təmir işləri aparılıb. Bildirilib ki, məktəblərdə aparılan təmir və yenidənqurma işləri, burada müasir təhsil üçün hər cür şəraitin yaradılması, məktəblərin bütün lazımi avadanlıqlarla təchiz olunması tədris müəssisələrində təhsilin səviyyəsinin yüksəlməsinə birbaşa şərait yaradır.
Natiq, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən rayon ərazisindəki tarixi əhəmiyyətli və mərkəzi küçələrdəki binaların bərpası və qorunması istiqamətində çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilib. Hesabat dövründə rayonun mərkəzi küçələrinin kənarları və səkilərə yeni bordyurların qoyulması, səkilərə dekorativ daşların düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılıb.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

