Manuella Sessa: Yeni biznes tərəfdaşları axtaranlar üçün Azərbaycan əvəzsiz məkandır
31.10.2015 [09:27]
İtalyandilli “East online” saytında Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının (AİGA) prezidenti Manuela Sessanın müsahibəsi verilib.
M.Sessa müsahibəsində rəhbərlik etdiyi qurumun fəaliyyətindən, Azərbaycan-İtaliya əlaqələrindən və hər iki ölkəni maraqlandıran məqamlardan danışıb. O vurğulayıb ki, AİGA-nın məqsədi ölkələrimiz arasında dialoqu gücləndirmək, birgə layihələr həyata keçirmək və gənclərimizin münasibətlərinin inkişafına töhfə verməkdir.
Bakıya səfərini xatırladan M.Sessa Azərbaycanda müxtəlif istiqamətlərdə mövcud geniş imkanlarla tanış olmaq imkanı əldə etdiyini bildirib. Diqqətə çatdırıb ki, məhz bu ölkə ilə bağlı zəngin təəssüratlar ötən ilin iyununda qurumun yaranmasına stimul verdi. AİGA yarandığı gündən Azərbaycanın İtaliyadakı səfirliyi və bu ölkənin Gənclər və İdman Nazirliyi ilə birgə həm gənclər, həm informasiya mübadiləsi, həm də təbliğat sahələrində layihələr həyata keçirir. Qurumun təşəbbüsü ilə müxtəlif sahələrdə fəaliyyət göstərən bir sıra italiyalı mütəxəssislərin Azərbaycana səfərləri təşkil edilib.
Azərbaycan-İtaliya əlaqələrinə toxunan M.Sessa bildirib ki, bu münasibətlərin dərin tarixi kökləri var. Ölkələrimiz bir çox beynəlxalq məsələlərdə ortaq yanaşma nümayiş etdirir, müxtəlif beynəlxalq təşkilatlarda biri-birini dəstəkləyərək sıx əməkdaşlıq edir.
Azərbaycanda mövcud investisiya mühiti ilə bağlı sualı cavablandıran M.Sessa deyib: “Bu ölkədə inkişaf etməyə və irəliləməyə böyük maraq, istək var və bu proses çox sürətlə baş verir. Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi və beynəlmiləlləşmə prosesini uğurla həyata keçirir. İtaliya şirkətləri Azərbaycanda qeyri-neft sektorunda da fəaliyyət göstərməyə maraqlıdırlar. Belə ki, bu ölkədə italiyalı iş adamlarının fəaliyyəti üçün tikinti, dizayn, mehmanxana infrastrukturu, əyləncə, yüksək texnologiyalar, ərzaq, bank və digər sahələrdə çox böyük imkanlar var. Yeni biznes tərəfdaşları axtaran şirkətlər üçün Azərbaycan əvəzsiz bir məkandır”.
Azərbaycanın strateji önəmindən bəhs edən M.Sessa vurğulayıb ki, Avropa ilə Asiyanı birləşdirən bu ölkə tarixi, siyasi, iqtisadi və mədəni baxımından önəmli aktora çevrilib. Böyük enerji ehtiyatlarına malik Azərbaycan, eyni zamanda, qeyri-adi landşafta, gözoxşayan təbiətə, özünəməxsus mətbəx ənənələrinə, zəngin mədəni və tarixi irsə malikdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

