/ / Yaponiyalı iş adamları Azərbaycanın aqrar sektorunda istehsal sahələri yaratmağa maraq göstərirlər
Yaponiyalı iş adamları Azərbaycanın aqrar sektorunda istehsal sahələri yaratmağa maraq göstərirlər
19.02.2016 [09:41]
Fevralın 18-də Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov Yaponiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri - birinci katib Takao İmanişi, eləcə də iqtisadi məsələlər üzrə attaşe Toşihiro Katagiri ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir müavini ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirib və kənd təsərrüfatında bu əməkdaşlığın yaxşı nəticələrə səbəb olduğunu bildirib. S.Talıbov Yaponiya Hökuməti tərəfindən maliyyələşdirilən 2KR Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində kənd təsərrüfatının texniki təminatının, eləcə də aqrar islahatların ilk illərində görülən tədbirlərin əhəmiyyətini qeyd edib.
Bununla yanaşı, görüşdə Yaponiya Hökuməti tərəfindən Azərbaycanın kənd təsərrüfatına göstərilən dəstəyin genişləndirildiyi və ötən il avqustun 6-da Bakıda kənd təsərrüfatı naziri Heydər Əsədov və Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi tərəfindən imzalanmış “Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təchizatı üzrə Qeyri-layihə Qrant Yardımı barədə Nota”nın vacib əhəmiyyət daşıdığı qeyd olunub.
Nazir müavini Seyfəddin Talıbov son iki ildə ölkəmizin kənd təsərrüfatında həyata keçirilən genişmiqyaslı tədbirlər və əldə olunan uğurlar barədə qonaqlara müfəssəl məlumat verib.
Yaponiya səfirliyinin birinci katibi Takao İmanişi Yaponiya Hökumətinin Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlığa və bu sahədə həyata keçirilən layihələrə böyük önəm verdiyini vurğulayıb, ölkəsinin özəl şirkətlərinin Azərbaycanın kənd təsərrüfatında iş birliyi qurmağa, habelə bu istiqamətdə istehsal sahələrinin yaradılmasına maraq göstərdiklərini bildirib.
Səfirliyin iqtisadi məsələlər üzrə attaşesi Toşihiro Katagiri Yaponiyanın ərzaq təhlükəsizliyi sahəsində görülən işlərdən danışıb.
S.Talıbov Azərbaycanın kənd təsərrüfatına maraq göstərən yaponiyalı iş adamları ilə görüşməyə və müzakirələr aparmağa hazır olduqlarını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

