/ / “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb
“Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb
30.11.2016 [09:26]
Noyabrın 29-da Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir - “Bakutel-2016” XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb.
“Bakutel-2016” sərgisində dünyanın 18 ölkəsindən 200-dək şirkət iştirak edir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb.
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və ziyarətçilər sərgi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, regionun ən böyük tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.
Ötən 22 il ərzində “Bakutel” sərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübə mübadiləsi, yeni imkanların nümayişi, geniş əməkdaşlıq layihəsi kimi özünü təsdiq edib. Bu il dünyanın 9 ölkəsi - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland Krallığı, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgiyə ilk dəfə qatılan iştirakçılar arasında Fransanın “Vivaction”, Rusiyanın “Balt-Energo” şirkətləri, Belarusun “Beltelecom” kimi dövlət strukturları, Xorvatiyanın “Banksoft”, “Secom”, “Span”, Amerikanın “DELL EMC”, Ukraynanın “MUK”, Çinin “FEC” və “BBT Telecom” şirkətləri, eləcə də “CBC sport TV”, “GSS” və digər yerli şirkətlər var.
İlk dəfə olaraq sərgi çərçivəsində RYTN-in tabeli qurum və müəssisələri milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdikləri layihələri təqdim edir. Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllərlə tanış olmaq olar.
“Bakutel-2016” sərgisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətlərinin təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, dekabrın 2-dək davam edəcək sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, müxtəlif əyləncəli proqramlar, sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

