Bakı Şopinq Festivalının ümumi dövriyyəsi 18 milyondan çox olub
25.05.2017 [09:38]
Bu ilin axırına qədər Bakı Şopinq Festivalının nəticəsində büdcəyə 40-50 milyon vəsaitin daxil olmasına nail olacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə mayın 24-də Bakı Şopinq Festivalının yekunlarına həsr olunmuş mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
“Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat vəsait xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarusiya, Gürcüstan, BƏƏ, Oman və Qətərdə qeydə alınıb. Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib”, - deyə Ə.Qarayev vurğulayıb.
Ölkəmizə festivalla bağlı turistlərin daha çox gəldiyinə toxunan Ə.Qarayev bildirib ki, aprel ayı ərzində Azərbaycana 187 min 577 turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım deməkdir. Eyni zamanda, mayın ilik on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub.
Nazir əlavə edib ki, növbəti şopinq festivalı üçün bu gündən etibarən hazırlıqlara başlanılacaq.
Vergilər nazirinin müavini Sahib Ələkbərov festivalın əhəmiyyətindən danışaraq qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə ilk dəfədən etibarən ölkəmizdə turizmin inkişafı, ticarətin, habelə pərakəndə satışın genişlənməsi baxımından uğurlu olub. Festivalın yerli sahibkarlığın inkişafı baxımından effektiv olduğunu söyləyən S.Ələkbərov qeyd edib ki, festival çərçivəsində vətəndaşlarımızın da xarici turistlərə şamil olunan ƏDV qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan tarixində ilk dəfə təşkil edilən Bakı Şopinq Festivalı müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. Festivalın “Tax Free” sistemi çərçivəsində 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kampaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuarlar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb.
Sonra Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək festivalın əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən danışıblar.
Bildirilib ki, unikallığı ilə seçilən Bakı Şopinq Festivalı gələcəkdə bazarı uyğun məhsullarla təmin etməklə yanaşı, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınmasını da planlaşdırır.
Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

