Vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimatlar keçirilib
17.06.2017 [10:21]
İyunun 16-da “JW Marriott” hotelində Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri, vergi sahəsində mütəxəssislər və KİV təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır.
Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində atılan ən mühüm addımlardan birinin də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli Sərəncamına uyğun olaraq vergi sisteminin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması və mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” yeni redaksiyada hazırlanıb və bu Qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0%) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “e-Sertifikat” modulu yaradılıb.
Sonra tədbir iştirakçıları üçün təqdimatlar keçirilib.
“Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə təqdimatla çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva ölkəmizdə biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edildiyini, mövcud vergi sisteminin sahibkarlığı və ixracı təşviq etdiyini bildirib. Ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur.
S.Musayeva ölkə Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı və bu xəritələrdə xarici investisiyaların stimullaşdırılması ilə bağlı müəyyən edilmiş hədəflər barədə də məlumat verib.
Tədbirdə həmçinin “Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimatda ölkəmizin digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlər şəbəkəsi, bu Sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlar barədə, “Sıfır dərəcə ilə ƏDV üzrə elektron sertifikatların tətbiq edilməsi” mövzusunda təqdimatda isə sertifikatın alınması prosesinin elektronlaşdırılması barədə məlumat verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

