Hesablama Palatasının sədri Gürcüstanda keçirilən beynəlxalq konfransda iştirak edib
13.12.2017 [10:47]
Tbilisidə Gürcüstan Ali Audit Qurumunun (AAQ) yaranması ilə əlaqədar beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təmsil edib.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze tədbirdə çıxış edərək Gürcüstanda Dövlət Ali Audit Qurumunun yaradılmasının səbəblərindən danışıb, ölkədə şəffaflığın təmin olunmasında, büdcə və digər maliyyə hesabatlarının hazırlanmasında, büdcə və maliyyə institutlarına nəzarət mexanizmlərinin hazırlanıb həyata keçirilməsində bu qurumun rolundan bəhs ediblər.
Baş nazir xarici ölkələrin, o cümlədən Azərbaycan Respublikası Hesablama Palatasının sədrinin bu konfransda iştirakını yüksək qiymətləndirib.
Sonra Gürcüstan AAQ-nin 2018-2022-ci illər üzrə inkişaf strategiyası ilə bağlı təqdimat keçirilib. AAQ-nin rəhbəri, baş auditor İrakli Mekvabişvili rəhbərlik etdiyi qurumun fəaliyyəti və strateji planları barədə məlumat verib.
Konfransda, həmçinin “Ali Audit Qurumlarının Dəyərləndirilməsi Çərçivəsi” (PMF) ilə bağlı nəticələr, “Qabaqcıl İdarəçilik Təcrübələri” ilə bağlı AAQ-ın vacibliyi vurğulanıb, o cümlədən “Gürcüstan AAQ-nin institusional gücləndirilməsi” ilə bağlı Avropa İttifaqının layihəsi barədə məlumat verilib.
Konfrans çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Gürcüstan AAQ-nin rəhbərləri arasında görüş keçirilib.
Görüşdə hər iki qurum arasında mövcud əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi, gələcəkdə kənar dövlət auditi sahəsində birgə təlimlərin təşkili, bu sahədə informasiya mübadiləsi məsələləri müzakirə olunub.
Vüqar Gülməmmədov Azərbaycan Respublikası Hesablama Palatasında həyata keçirilən və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan Respublikası hesablama Palatasının İnstitusional və Funksional potensialının gücləndirilməsi” tvinninq layihəsi, həmçinin 2018-2020-ci illər üzrə Strateji İnkişaf Planında nəzərdə tutulan əsas məqsəd və tədbirlər barədə gürcü həmkarına məlumat verib.
V.Gülməmmədov jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Bu cür səfərlər hər iki ölkənin audit orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Palata sədri konfransın və keçirdiyi görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

