/ / Vilayət Vəliyev ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının vitse-prezidenti seçilib
Vilayət Vəliyev ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının vitse-prezidenti seçilib
09.01.2018 [10:24]
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, ABŞ-ın Enerji İqtisadçılarının Beynəlxalq Assosiasiyasının (IAEE) Rəyasət Heyətinin üzvü, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev qurumun regional məsələlər üzrə vitse-prezidenti seçilib.
AZƏRTAC İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, Vilayət Vəliyevin iştirakı və səyi nəticəsində bu il oktyabrın 18-20-də Tbilisidə “Avrasiya məkanın enerji təhlükəsizliyi və investisiya imkanları: regional enerji ticarəti və bazarın inkişafı” və 2019-cu il oktyabrın 17-19-da Astana şəhərində “Mərkəzi Asiyanın qabaqcıl potensialı: Mərkəzi Asiya qlobal enerji təhlükəsizliyinə necə töhfə verə bilər?” mövzularında III və IV IAEE Avrasiya konfranslarının keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, V.Vəliyev MDB məkanında ilk dəfədir ki, belə yüksək vəzifəyə seçilir. İnstitutun direktoru uzun müddətdir qurumla əməkdaşlıq edir. Ötən il qurumun Rəyasət Heyətinin üzvü seçilib, IAEE-nin Şərqi Avropa və MDB üzrə fəaliyyətinin genişləndirilməsində fəal iş aparıb, əhəmiyyətli töhfə verib. V.Vəliyev 2016-cı il avqustun 28-31-də Bakıda və 2017-ci il oktyabrın 12-14-də Zaqreb şəhərində IAEE-nin I və II Avrasiya konfranslarının keçirilməsində əsas təşkilatçılarından olub.
Xatırladaq ki, dünyada enerji sahəsində peşəkar mütəxəssislərdən ibarət platforma rolunu oynayan IAEE beynəlxalq cəmiyyətdir və 1977-ci ildə təsis edilib. Qurumun təsis edilməsinin əsas səbəbi 70-ci illərdəki enerji böhranıdır. Belə ki, həmin dövrdə enerjiyə olan tələb və təklifin qısa və uzunmüddətli məsələləri, enerji iqtisadiyyatlarının mühüm problemləri və bu sahədə biliklərin son dərəcədə məhdud olmasının aşkarlanması IAEE-nin təsis edilməsi üçün ideya olub.
Dünyanın 100-dən çox ölkəsindən olan enerji mütəxəssisləri və iri şirkətlərini birləşdirən, peşəkar enerji mütəxəssisləri üçün məlumat və ideyaların mübadiləsi, yüksək keyfiyyətli tədqiqat, sahəvi inkişaf və potensialın artırılması imkanlarını təbliğ edən qurumun yüksək reytinqə malik “The Energy Journal”, “Economics of Energy and Enviromental Policy” kimi nüfuzlu dövrü elmi nəşrləri hazırlanır, hər il enerji sektorunun aktual məsələlərinə dair onlarla konfrans, seminar və digər elmi-praktik tədbirləri keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

