“Şahdəniz-2” qazı Türkiyəyə nəql olunur
03.07.2018 [09:37]
“Şahdəniz”in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 min barrel kondensata çatdırılacaq
Şahdəniz konsorsiumu bu gün (dünən - red.) “Şahdəniz-2” layihəsi çərçivəsində Türkiyəyə kommersiya məqsədilə təbii qaz nəqlinin başladığını elan edib. “Şahdəniz-2” layihəsi qrafik və büdcəyə uyğun təhlükəsiz şəraitdə həyata keçirilir və Türkiyəyə qazın nəqli planlaşdırıldığı kimi bu il iyunun 30-da başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR və BP-nin yaydığı birgə məlumatda deyilir.
Bildirilir ki, “Şahdəniz-2” ilk dəfə Xəzər qazını Avropa bazarına çıxaracaq Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində mövcud hasilata ildə 16 milyard kubmetr qaz əlavə olunacaq. Layihənin birinci mərhələsi ilə birlikdə “Şahdəniz”in ümumi hasilatı 26 milyard kubmetr qaz və 120 min barrel kondensat həcminə çatdırılacaq.
“Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycanda, Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu BP şirkətinin bu vaxtadək operatoru olduğu ən iri dəniz infrastrukturudur. Layihə “Şahdəniz” qazını Türkiyəyə daşıyan Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsini (CQBKG) də əhatə edir. 28 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş layihənin ofşor strukturlarına 26 dəniz quyusu, 500 kilometr sualtı boru kəməri və körpü ilə birləşdirilmiş 2 platforma daxildir. Qaz quru ilə 85 kilometrlik boru kəməri vasitəsilə Bakı yaxınlığındakı Səngəçal terminalına ötürülür. Terminalın imkanları yeni qaz həcmlərinin yerləşdirilməsi üçün genişləndirilib. Bununla bağlı Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr uzunluğunda yeni borular, habelə Gürcüstanda iki yeni kompressor stansiyası inşa edilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “TANAP vasitəsilə kommersiya məqsədli qazın nəqli Cənub Qaz Dəhlizinin reallaşmasında mühüm tarixi hadisədir. Bu meqa layihənin mürəkkəbliyinə baxmayaraq, biz eyni vaxtda Azərbaycanda, Gürcüstanda və Türkiyədə Cənub Qaz Dəhlizinin seqmentlərinin əlaqələndirilməsinə və istismara verilməsinə nail olduq. Bu işləri qrafikə uyğun və əvvəl gözlədiyimizdən daha aşağı xərclə reallaşdıra bildik. “Şahdəniz-2” üçün platformalar və strukturlar SOCAR-ın törəmə şirkətləri tərəfindən tikilib və bütün tikinti işləri Azərbaycanda aparılıb ki, bu da Azərbaycan və region üçün böyük bir nailiyyətdir”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib: “2018-ci ildə Türkiyəyə kommersiya məqsədli ilk qaz həcmlərinin nəqli bizim layihənin başlanğıcında vəd etdiyimiz mühüm hədəfdir. Regional hökumətlər və Şahdəniz konsorsiumundakı tərəfdaşlarımızla birlikdə işləyərək, biz bu hədəfə təhlükəsiz, vaxtında və büdcə çərçivəsində çatmışıq. Bu, bizim yüksəkkeyfiyyətli layihələri uğurla birgə həyata keçirə bildiyimizi göstərir. Operator olaraq BP məmnundur ki, Azərbaycanda və bütün regionda uzunmüddətli tərəfdaşlığımız bu dünya miqyaslı layihəni uğurla həyata keçirmək və Türkiyədəki istehlakçılar qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün imkan yaradıb. Biz bu müstəsna nailiyyətimizin davamını gətirərək, növbəti hədəfimizə - 2020-ci ildə Avropaya qaz nəqlinə nail olmaq üçün Azərbaycan hökuməti, SOCAR və digər tərəfdaşlarımızla sıx əməkdaşlığımızı davam etdirəcəyik”.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı bu vaxtadək BP-nin ən böyük qaz kəşfidir. Nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir. 1999-cu ildə kəşf olunmuş yataq təxminən 1 trilyon kubmetr həcmində qaz və 2 milyard barrel kondensat ehtiyatına malikdir. Yatağın işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıb. Hazırda birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan və Türkiyənin təchizatına yönləndirilir. Bu vaxtadək “Şahdəniz”dən ümumilikdə 91 milyard standart kubmetr qaz və 23 milyon ton kondensat hasil olunub.
“Şahdəniz-2” çərçivəsində hasil olunacaq əlavə 16 milyard kubmetr qaz 3 min 500 kilometrlik boru kəməri zənciri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunacaq. Cənub Qaz Dəhlizi Azərbaycan və Gürcüstan ərazisində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərini - Azərbaycanda 428 kilometr üzrə 48 düymlük, Gürcüstanda 59 kilometr üzrə 48 düymlük kəməri, Türkiyə ərazisində 1340 kilometr üzrə 56 düymlük, 476 kilometr üzrə 48 düymlük və 34 kilometr üzrə 36 düymlük TANAP və iki kompressor stansiyasını, Yunanıstan, Albaniya və İtaliya ərazisində 878 kilometr üzrə 48 düymlük “Trans-Adriatik” boru kəmərini (TAP) əhatə edir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

