Çinin Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi və mədəni forum keçirilib
15.09.2018 [10:18]
Çinin Şenyan şəhərində Liaonin vilayəti ilə Azərbaycan arasında iqtisadi və mədəni forum keçirilib.
AZƏRTAC xəbər verir ki, Liaonin vilayətinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Li Çenci rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək deyib ki, onlar müxtəlif layihələr vasitəsilə xarici ölkələrlə əlaqələrin hərtərəfli inkişafına çalışırlar.
Li Çenci Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Li Syaolinin bu yaxınlarda Azərbaycana səfər etdiyini, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə əməkdaşlıq məsələlərini müzakirə etdiyini xatırladıb. O, belə forumların Liaonin vilayətində Azərbaycanın daha yaxşı tanıdılması baxımından əhəmiyyətini vurğulayıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov iki ölkə arasında münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdiyini, bu məsələdə yüksək səviyyəli səfərlərin vacib rol oynadığını deyib. Bildirib ki, Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin genişlənməsi prioritet istiqamət kimi müəyyən edilib. O, ölkələrimizin müxtəlif bölgələri arasında da əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu deyərək, iqtisadi layihələrin icrasının, mədəni tədbirlərin təşkilinin bu əməkdaşlığa böyük töhfələr verdiyini deyib.
Qaradağ rayonu haqqında məlumat verən S.Mikayılov bildirib ki, əlverişli coğrafi mövqeyi olan rayon, respublikanın iri neft-qaz və qeyri-neft müəssisələrinin yerləşdiyi sənaye mərkəzlərindən biridir. O, çinli iş adamlarını Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanmağa, Qaradağ rayonu ərazisində yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasında istehsal və xidmətlərin qurulmasında yaxından iştiraka dəvət edib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun baş müşaviri Rəşad Kərimov liman və Ələt Azad İqtisadi Zonası haqqında təqdimatla çıxış edib. Bildirib ki, Ələt qəsəbəsindəki yeni müasir limanın illik aşırma potensialı 15 milyon ton yük, həmçinin 100 min TEU konteyner təşkil edir. İkinci mərhələdə limanın imkanları 25 milyon ton yükə və 500 min konteynerə çatacaq, növbəti mərhələdə isə 1 milyon konteynerədək artacaq. Ən son texnoloji avadanlığın quraşdırıldığı liman Şimal və Cənub, Şərq və Qərb arasında, habelə Çin yüklərinin müxtəlif istiqamətlərdə daşınmasında əhəmiyyətli rola malikdir. Diqqətə çatdırılıb ki, çinli sahibkarlar Ələt Azad İqtisadi Zonasının imkanlarından istifadə edərək, burada istehsal sahələri yaradaraq öz məhsullarını qonşu ölkələrə ixrac edə bilərlər.
Tədbirdə Azərbaycanın muğam üçlüyü xalq mahnılarımızı, muğamlarımızı ifa edib.
Sonra çinli iştirakçıların Azərbaycanla bağlı sualları cavablandırılıb, ölkəmizə dair videoçarxlar nümayiş olunub, broşürlər paylanılıb.
Azərbaycan nümayəndə heyəti Şenyan şəhərindəki istehsal müəssisələrindən birinə baş çəkib, əməkdaşlıq məsələlərini müzakirə edib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov yerli kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycan-Çin münasibətlərindən, ölkəmizin biznes və sərmayə mühitindən danışıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

