Çində ilk “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb
29.09.2018 [10:26]
Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin açılması prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Lucou şəhərində keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi” çərçivəsində Çində ilk “Azərbaycan Ticarət Evi”nin açılışı olub.
Lucou şəhər rəhbərliyinin, Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, iş adamlarının, sərgiyə qatılan xarici ölkələrin təmsilçilərinin iştirak etdikləri tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində “Azərbaycan Ticarət Evi” iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından vacib rol oynayacaq.
Ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Hazırkı Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini diqqətə çatdıran diplomat bildirib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan siyasi dialoq və ikitərəfli əlaqələrimizlə bağlı əldə etdikləri razılaşmalar bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələrin dərinləşməsi üçün möhkəm özül rolunu oynayır.
Səfir Ə.Zeynallı “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni imkanlar açdığını, bu xüsusda Azərbaycanın Çinin vilayətləri ilə də əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında “Azərbaycan Ticarət Evi”nin açılması bunun bariz nümunəsidir. Bu ticarət evi Azərbaycan məhsullarını təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm və nəqliyyat-logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradacaq.
Sonra mərasim iştirakçıları “Azərbaycan Ticarət Evi” ilə tanış olublar.
Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyinin və ticarət nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar, o cümlədən müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər və s. nümayiş olunur. Azərbaycan iri memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.
Ticarət evini ziyarət edənlər müvafiq stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm və kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edəcəklər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin də təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər, müxtəlif nəşrlər, milli suvenirlər xalqımızın zəngin mədəniyyəti haqqında təsəvvür yaradır.
Mərasim iştirakçıları Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan filmə baxıblar.
Ticarət evinin açılması ilə paralel olaraq, Çinin qərb hissəsində 34 marketi əhatə edən “EAF” şəbəkəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin satışına başlanılıb.
Bu il 6-cı dəfə keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi”ndə 16 ölkə, o cümlədən Azərbaycan fəxri qonaq qismində təmsil olunub.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı sərginin açılış mərasimində çıxış edərək, iki ölkə arasında münasibətlərin inkişafından, Azərbaycanın Çinin vilayətləri ilə iqtisadi, mədəni sahədə əməkdaşlığından danışıb.
Sərgidə fəaliyyət göstərən milli pavilyonda “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab növləri nümayiş olunub.
Qeyd etmək lazımdır ki, 5,5 milyon əhalisi olan Lucou şəhəri aid olduğu Siçuan, habelə Yunnan və Quycou vilayətlərinin, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərinin arasında yerləşməklə, əhəmiyyətli nəqliyyat-ticarət qovşağı hesab olunur.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

