/ / Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsində xüsusi rol oynayacaq
Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsində xüsusi rol oynayacaq
01.11.2018 [09:04]
Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq.
Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) AZƏRTAC-a bildiriblər ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev oktyabrın 31-də palataya üzv şirkətlər üçün təşkil edilmiş növbəti AHK-İmpuls tədbirində deyib.
Tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Ticarətin asanlaşdırılması üçün aparılan gömrük islahatları” mövzusunda məruzə ilə çıxış edib. Gömrük sistemində aparılan əsas islahatlar haqqında məlumat verən S.Mehdiyev şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin aparılması nəticəsində idxalda artımın müşahidə olunduğunu deyib. Komitə sədri, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımlar, Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq nəticəsində Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycanda tətbiqi haqqında danışıb və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib.
Qeyd olunub ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq. Bu sahədə işçi qrupu yaradılıb və layihənin ilkin mərhələsi həyata keçirilməkdədir.
Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri yaşıl dəhliz sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb, gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.
Təşkilati-struktur və kadr islahatlarına xüsusilə toxunan S.Mehdiyev komitədə ciddi kadr dəyişiklikləri və struktur islahatlarının həyata keçirilməkdə olduğunu bildirib. Yeni gömrük məcəlləsi və normativ sənədlərin beynəlxalq ekspertlərin rəy və tövsiyələri nəzərə alınaraq qəbul olunduğu, strukturda Avropa standartlarının tətbiq olunduğu qeyd olunub. Eyni zamanda, bildirilib ki, məmur-vətəndaş təmasının minimuma endirilməsi qurumun hazırkı prioritetlərindən biridir və bu istiqamətdə elektron xidmətlərin keyfiyyətinin və sayının artırılması və statistik məlumatların hökumət məlumat portalına inteqrasiyası sahəsində görülən işlər davam etdirilir.
Çıxışının sonunda komitə sədri bu cür görüşlərin gömrük sahəsində aparılan tədbirlərin uğurlu şəkildə davam etdirilməsinə töhfə verdiyini və tədbirdə biznes nümayəndələri tərəfindən irəli sürülən rəy və təkliflərin gələcək islahatlarda nəzərə alınacağını qeyd edib.
“AHK Azərbaycan” üzvlərinin gömrüklə bağlı sorğularının cavablandırıldığı sual-cavab sessiyasından sonra “BDO Azərbaycan” MMC şirkətinin hüquqi xidmətlər departamentinin rəhbəri Sabit Abdullayev və baş meneceri Azər Əkbərov “Azərbaycanda hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin tətbiqinə dəstək” mövzusunda təqdimat keçirib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

