AzerTelecom “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir
07.12.2018 [10:05]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 7 dekabr tarixinədək Baku Expo mərkəzində keçirilən “BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında müvəffəqiyyətlə iştirak edir.
Belə ki, artıq 10 ildir ki, ölkənin telekommunikasiya sektorunda uğurla fəaliyyət göstərən və öz fəaliyyətində hər zaman peşəkarlıq, müştəri məmnuniyyəti, dinamik inkişaf və innovativlik prinsipini rəhbər tutan şirkət sərgi müddətində yerli və xarici ziyarətçilərə, eləcə də qurumlara internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücum əleyhinə mühafizə xidməti, FTTx (hər hansı ünvana fiber-optik kabelin çəkilişi), Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətlərini təqdim edir.
Qeyd edək ki, sərgi günlərində Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Sinqapur, İran, Ukrayna və digər dövlətlərdən olan şirkətlərin nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, ziyarətçilərə AzerTelecom şirkəti haqqında geniş məlumat verilib, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Eyni zamanda, AzerTelecom şirkətinin stendində “Huawei” şirkətinin Türkiyədən dəvət edilmiş IoT/M2M (Internet of Things - Əşyaların İnterneti/M2M-Machine-to-Machine - Maşınlararası əlaqə) sahəsi üzrə eksperti Sertaç Şamioğlu və AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev tərəfindən müxtəlif sahələrdə “Əşyaların İnterneti”nin tətbiqi haqda info-sessiyalar təşkil olunub, stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, ağıllı şəhər və idarəetmə, kənd təssərrüfatı və digər sahələrdə rəqəmsal texnologiyaların və telekommunikasiyanın rolu barədə müxtəlif təqdimatlar edilib.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət daim mövcud şəbəkənin yenilənməsi, infrastrukturun dayanıqlılığının artırılması, innovasiyaların tətbiqinə diqqət yetirir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

