/ / Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə olunub
22.01.2019 [10:03]
Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib. Məqsəd qadın sahibkarların işgüzar fəallığının artırılması, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə maarifləndirmə işlərinin aparılmasıdır.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, dövlətin prioritet istiqamətlərindən biri də ölkədə qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır: “Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir. Eyni zamanda, ölkənin ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması istiqamətində işlər görülür. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. Sahibkarlığın İnkişafı Fondu tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir”.
“İndiyədək fond tərəfindən 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 8500-dən çox iş yerinin yaradılmasına imkan verir. Bu sahədə tədbirlər davam etdiriləcək”, - deyə nazir müavini əlavə edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verərək ölkəmizdə qadın sahibkarlığın inkişafının agentliyin qarşısında duran əsas vəzifələrdən olduğunu, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması planlaşdırılır. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüslərinin reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlərdə xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılacaq, bu sahədə daha perspektivli istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcək.
O bildirib ki, birgə səylər və görüləcək tədbirlər nəticəsində qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı artacaq.
“Sahibkar Qadınlar” Assosiasiyasının idarə heyətinin sədri Səkinə Babayeva dövlət başçısı tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini, məşğulluğun, iqtisadi fəallığın artırılması məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, istehsalın artırılması və ixracın genişləndirilməsi istiqamətində assosiasiyanın həyata keçirdiyi tədbirlərdən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindən olduğunu, qadınların bu prosesə cəlb olunmasının əhəmiyyətini vurğulayıb, qadınların iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində komitə tərəfindən görülən işlər barədə məlumat verib.
Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov qeyd edib ki, təşviq tədbirləri ilə yanaşı, fond tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim olunur. Bu sahədə həyata keçirilən tədbirlər davam etdirilir.
Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, “TuranBank” ASC-nin “Qadın Bankçılıq” şöbəsinin müdiri Könül Paşa təmsil etdikləri təşkilatların qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.
Çıxış edən qadın sahibkarlar ölkəmizdə sahibkarlığa göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda tədbir iştirakçıları qadın sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

