Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
22.02.2019 [09:46]
Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi hazırlanır.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat naziri Şahin Mustafayev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Andrea Cioffi ilə görüşüb. Görüşdə Ş.Mustafayev ölkələrimiz arasında əməkdaşlığın uğurla davam etdiyini, Prezident İlham Əliyevin İtaliyaya səfərləri, ötən ilin iyulunda İtaliyanın Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərinin, bu səfərlər çərçivəsində keçirilən görüşlərin, biznes-forumların və aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb.
İkitərəfli iqtisadi əlaqələrdən danışan nazir qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 10 faiz artaraq 6,2 milyard dollar təşkil edib. Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda İtaliyanın iştirakı ilə tvinninq layihələri icra olunur. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir. İtaliyanın “Maire Tecnimont” şirkətinin podratçısı olduğu “SOCAR Polymer” zavodunun bir neçə gün əvvəl açılışı olub. 2018-ci ildə bu zavodun birinci mərhələsinin açılışında hər iki dövlət başçısının iştirakı ikitərəfli əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.
Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu vurğulayan iqtisadiyyat naziri “Cənub Qaz Dəhlizi” layihəsinin, TANAP-ın ölkəmizin mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirdiyini, iştirakçı ölkələr arasında əməkdaşlığı gücləndirdiyini, Azərbaycan qazını İtaliyaya nəql edəcək TAP layihəsinin də uğurla icra olunduğunu vurğulayıb.
Bildirib ki, ölkəmizin artan tranzit imkanları, reallaşdırılan mühüm layihələr - “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tranzit-logistika əməkdaşlığının inkişafı üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycan ilə İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparılır.
Ş.Mustafayev ölkəmizin qeyri-neft sektoru sahəsində İtaliya ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, energetika, infrastruktur, nəqliyyat, İKT, turizm, kənd təsərrüfatı, şərabçılıq və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını vurğulayıb. Nazir italyan iş adamlarını Azərbaycandakı əlverişli işgüzar şəraitdən yararlanmağa, sənaye parklarında və məhəllələrində maşınqayırma, məişət texnikası, yüngül sənaye, əczaçılıq sahələrində birgə müəssisələrin təşkilinə dəvət edib.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini A.Cioffi yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında mühüm rolunu, səfərlər zamanı digər sahələr kimi, qeyri-neft sektoru sahəsində də əlaqələrin genişləndirilməsinə dair səmərəli müzakirələrin aparıldığını vurğulayıb. O, İtaliya şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində layihələrdə iştirak etməkdə marağını diqqətə çatdıraraq, əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

