AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı
16.04.2019 [09:24]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir həssəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.
Bu məqsədlə Azərbaycan tərəfdən AzerTelecom şirkəti və Qazaxıstan tərəfdən Transtelekom və KazTransCom şirkətləri arasında ümumi uzunluğu 380-400 km olacaq Transxəzər magistralının çəkilməsi ilə bağlı Konsorsium təsis edilib, birgə İşçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb.
Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının rabitə operatorları tərəfindən Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsində müştərək fəaliyyətin təşkili haqqında” dövlətlərarası Saziş imzalanıb və müvafiq olaraq Azərbaycan dövləti tərəfindən təsdiqlənib.
Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan McKinsey and Company, Detecon, Axiom, DLA Piper, Huawei, PwC kimi şirkətlər də cəlb olunub.
Transxəzər fiber-optik magistralının çəkilişi AzerTelecom şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” (ADH) proqramının bir hissəsidir. Bu proqram çərçivəsində Transxəzər fiber-optik magistralının çəkilişi Avropa ilə Asiya arasında Azərbaycandan keçməklə rəqəmsal dəhlizin yaradılmasına mühüm töhfə verəcəkdir və Azərbaycanı regionun enerji və nəqliyyat mərkəzinə paralel olaraq həmçinin Rəqəmsal Mərkəzinə (Digital Hub) çevirəcəkdir. Transxəzər fiber-optik magistralının ümumilikdə regionun fiber-optik kabel infrastrukturunun inkişafında, Qafqaz, Yaxın Şərq, Orta Asiya və Cənubi Asiya, eləcə də digər ətraf regionların yüksək sürətli internet bağlantısı və qabaqcıl rəqəmsal xidmətlərlə təmin edilməsində müstəsna rolu olacaqdır.
Bu layihənin icrası həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcəkdir.
Azərbaycanın Rəqəmsal Mərkəzə (Digital Hub) çevrilməsi ölkəmizin telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, internetin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və Rəqəmsal Mərkəz olması deməkdir. Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturu şəbəkəsində mərkəzi mövqe əldə etməsidir. Azərbaycanın “Digital Hub”a çevrilməsi ilə perspektivdə dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı, Bakı şəhəri də əlavə olunacaqdır. Layihə dünyamiqyaslı qlobal rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kiber-təhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1.8 milyard əhalinin (dünya əhalisninin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ixrac edilməsinə öz töhfəsini verəcəkdir.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə müəssisəsidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücumdan müdafiə, VPN, FTTx, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

