/ / “Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom arasında Strateji Anlaşma Memorandumu imzalanıb
“Digital HUB” proqramı çərçivəsində AzerTelecom və China Telecom arasında Strateji Anlaşma Memorandumu imzalanıb
26.04.2019 [09:34]
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Çinin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “China Telecom” ilə Starteji Anlaşma Memorandumu imzalayıb.
Çinin İKT sahəsində fəaliyyət göstərən qlobal şirkəti olan “China Telecom”la “AzerTelecom” şirkəti arasında Starteji Anlaşma Memorandumunun imzalanması Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi “Bir kəmər, bir yol” 2-ci beynəlxalq forumu çərçivəsində baş tutub. Forum çərçivəsində Azərbaycan Respublikası və Çin Xalq Respublikasını təmsil edən müxtəlif şirkətlər arasında sənədlərin imzalanması mərasimi keçirilib.
Starteji Anlaşma Memorandumunu “AzerTelecom” şirkəti tərəfdən Baş icraçı direktor, “Azerbaijan Digital HUB” proqramının müəllifi və rəhbəri Fuad Allahverdiyev, “China Telecom” tərəfdən isə bu şirkətin vitse-prezidenti Dong Zi Yu imzalayıb.
“Azərbaycanın beynəlxalq səviyyədə tanınan telekommunikasiya operatoru, Azərbaycanın Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edən “AzerTelecom” ilə Çinin iri texnologiya şirkəti olan “China Telecom” arasında Starteji Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyətə malikdir. Belə ki, bu sənəd iki ölkəni təmsil edən iri telekommunikasiya şirkətləri arasında “Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin (Rəqəmsal İpək Yolu) yaradılması istiqamətində qarşılıqlı anlaşmanı və əməkdaşlığı özündə əks etdirir”, - deyə “AzerTelecom” şirkətinin Baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.
Fuad Allahverdiyevin bildirdiyinə əsasən, Strateji Anlaşma Memorandumu Çinin internet trafikinin daşıyıcısı - qlobal tranzit şirkəti olan “China Telecom” şirkətinin internet trafikinin “Digital HUB” proqramı çərçivəsində qurulan Asiya-Avropa arasında yeni rəqəmsal telekommunikasiya dəhlizi üzrə Azərbaycan üzərindən daşınması istiqamətində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq üçün imkanlar açır.
Qeyd edək ki, 25-27 Aprel tarixlərində Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir Kəmər, Bir Yol” strategiyası çərçivəsində ikinci beynəlxalq əməkdaşlıq forumu keçirilir. Forum dövlət və hökumət başçılarını, müxtəlif dövlət rəsmilərini, özəl sektoru təmsil edən iri şirkətləri, sərmayədarları, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya toplayıb.
“AzerTelecom” şirkəti Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir və 2008-ci ildə təsis edilib. Şirkət telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtləlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu Enerji və Nəqliyyat Mərkəzi statuslarına əlavə olaraq ölkənin Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramını icra edir. “Digital HUB” proqramının məqsədi ölkəni Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Rəqəmsal Mərkəzə çevirməkdir. “Digital HUB” proqramı nəticəsində Azərbaycanın Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi hazırda Çin Hökumətinin təşəbbüskarı olduğu “Bir Kəmər, Bir Yol” layihəsində Azərbaycanın da iştirakına töhfə verəcək. Proqramın icrası ilə Azərbaycan “Bir Kəmər, Bir Yol” layihəsinin telekommunikasiya dəhlizinə çevriləcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

