Tələbələr üçün Enerji Hakatonu keçirilib
11.02.2020 [09:36]
SOCAR AQŞ və “Texas A&M” Universitetinin birgə təşəbbüsü ilə Enerji Hakatonu keçirilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, dayanıqlı cəmiyyət, qlobal enerji problemlərinin həllinə həsr olunan layihə üzrə tələbələrdən ibarət komandalar yarışıb. Fevralın 7-9-də Innoland İnkubasiya və Akselerasiya Mərkəzinin dəstəyi ilə keçirilən hakatonda iştirakçı komandalar spesifik enerji problemi ilə bağlı yaradıcı həllər və prototiplər irəli sürüb.
İlk mərhələdə ümumilikdə müraciət edən 50 -dən çox komanda arasından seçilmiş 10 komanda yarışıb. Seçilmiş komandalar Azərbaycan-Fransız Universiteti (UFAZ), ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Moskva Dövlət Universitetinin Bakı Filialı kimi ali məktəblərin 3-4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik qruplar olub. On komanda tərəfindən 48 saat ərzində təklif edilən ideyalar hakimlər kollegiyası tərəfindən qiymətləndirilib.
Azərbaycan-Fransız Universitetinin tələbələrindən ibarət “Deep divers” komandası - “Duzun qızdırılmasından alınan enerjinin saxlanması”, Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət “E-zone” komandası “2*2=5 enerjinin səmərəli saxlanılmasında ağıllı texnologiyaların tətbiqi”, Moskva Dövlət Universitetinin Bakı Filialının tələbələrindən ibarət “Amirli” komandası isə “Su elektrik stansiyalarının modifikasiyası” layihəsi ilə yarışmanın qalibləri olublar. Qalib komandalar fevralın 14-16-da “Texas A&M” Universitetinin təşkil etdiyi planet üçün yarat 2020 (Invent for the Planet 2020) yarışmasının virtual mərhələsində iştirak edəcək. Virtual yarışmanın qalibi olan komanda Planet üçün yarat 2020 yarışmasının 30 mart-2 aprel tarixlərində ABŞ-ın Texas ştatında keçiriləcək final mərhələsində ölkəmizi təmsil etmək hüququ qazanacaq. Müsabiqədə iştirak ilə bağlı bütün xərclər SOCAR AQŞ tərəfindən qarşılanacaq. Yarışmanın nəticəsi olaraq innovativ ideyalar daha sonra inkişaf etdirilə, ölkə sərhədlərini aşan beynəlxalq startap layihəsinə çevrilə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

