Bakıda “Caspian Franchise” forumu keçirilir
05.03.2020 [09:26]
Martın 4-də Azərbaycan Beynəlxalq Françayzinq Forumu - “Caspian Franchise” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən forumun məqsədi kiçik və orta biznes (KOB) subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etməkdir.
Franşiza sahiblərinin, investorların, sahibkarların və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq istəyənlərin iştirakı ilə keçirilən forumun açılışında çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov çıxışlarında mövzu ilə bağlı fikirlərini bölüşüb, forumun müvafiq sahənin inkişafında və bu istiqamətdə fikir mübadiləsinin aparılmasında, eləcə də françayzinq məhsullarının təqdim olunmasında əhəmiyyətini qeyd ediblər.
Ölkəmizdə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platforma olan “Caspian Franchise” forumu konfrans və sərgi olmaqla iki hissədən ibarətdir və martın 5-dək davam edəcək. Forumun Konfrans hissəsində Azərbaycanda françayzinqin ən aktual problemləri yerli və xarici mütəxəssislərin və sahibkarların iştirakı ilə müzakirə ediləcək. Konfrans çərçivəsində “Françayzinq haqqında ümumi biliklər”, “Uğurlu franşizanı necə qurmaq olar?”, “Franşizanı necə dəyərləndirməli?”, “Françayzinqin hüquqi aspektləri”, “Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes” mövzularında panellər təşkil olunacaq.
Forumun sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradır. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilir. Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim edirlər.
“Biznesin yarandığı yer” devizi ilə keçirilən “Caspian Franchise” forumu françayzinq haqqında ətraflı məlumat almaq, uğurlu investisiya fəaliyyəti və yeni biznesə başlamaq üçün əlverişli imkanlar yaradır.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

