/ / “Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi” Tvinninq layihəsi yekunlaşıb
“Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi” Tvinninq layihəsi yekunlaşıb
12.03.2020 [09:22]
“Azərbaycan Respublikası Hesablama Palatasının institusional və funksional potensialının gücləndirilməsi” Tvinninq layihəsinin rəsmi bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov layihə barədə danışıb. Qeyd edib ki, layihənin məqsədi Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən qəbul edilmiş və beynəlxalq səviyyədə tətbiq olunan audit standartları əsasında Hesablama Palatasının institusional və funksional potensialının artırılması, eləcə də palatanın öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaqla Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın gücləndirilməsinə və şəffaflığın artırılmasına töhfə verməkdir.
“Bu, Avropa İttifaqı ilə ilk layihədir. Biz beynəlxalq təşkilatlar tərəfindən Hesablama Palatası üçün təklif edilən əhəmiyyətli yeni layihələrə açığıq. Fəaliyyətimizdə beynəlxalq təcrübənin tətbiqində maraqlıyıq. Hesab edirəm, bu layihənin gələcək nəzarət və inzibati fəaliyyətimizdə böyük rolu olacaq”, - deyə o bildirib.
Polşa Ali Audit İdarəsinin prezidenti Marian Banas, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Polşanın ölkəmizdəki səfiri Rafael Poborski layihənin əhəmiyyəti və əldə edilmiş nəticələr barədə məlumat veriblər. Polşa Ali Audit İdarəsinin vitse-prezidenti və layihənin rəhbəri Vojciex Kutyla layihə çərçivəsində görülmüş işlər, həyata keçirilmiş fəaliyyətlər, maliyyə, uyğunluq və səmərəlilik auditləri üzrə hazırlanmış və təkmilləşdirilmiş normativ-metodoloji sənədlər barədə danışıb və təqdimatlarla çıxış edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

