/ / “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub
“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub
14.03.2020 [10:52]
Martın 13-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Texniki Əməkdaşlıq Proqramı üzrə Milli Layihəsi çərçivəsində (AZB 8002) Azərbaycanda Sterilizasiya məqsədli Qamma Şüalanma Kompleksi yaradılması qərara alınıb. Layihə üzrə Azərbaycan tərəfi qurğu və laboratoriyalar üçün bina, elektrik, su, kanalizasiya və digər kommunikasiya vasitələri ilə təmin etmək, AEBA isə qurğunu və 100 min küri aktivlikdə Co-60 izotopu, kadrların tədrisi treninqi, ekspert yardımı ilə təmin etməyi öz öhdəsinə götürüb. Hər iki tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirib və nəticədə unikal qurğu yaradılıb. Sterilizasiya məqsədli qamma-şüalanma qurğusu beynəlxalq tələblərə tam uyğundur.
Qamma Sterilizasiya Kompleksi Abşeron rayonunun Qobu qəsəbəsində yerləşir və 3 hektar ərazini əhatə edir. Qurğunun iş həcmi 38 kubmetr/gün və ya 1548 litr/saatdır. Qurğuya Co-60 radioizotoplarının ilkin yüklənən aktivliyi 300 min küridir. Qurğunun maksimum yüklənmə tutumu 2 milyon küri təşkil edir.
Kompleksdə neftçıxarma sənayesində, maşın və avadanlıqlarda istifadə olunan polimer-rezin məmulatlarının kimyəvi və mexaniki davamlılığını artırmaq üçün radiasion işlənməsi həyata keçirilə bilər. Həmçinin tibbi avadanlıq, bütün cərrahiyyə vasitələri, xüsusən də plastik-polimer materialları, birdəfəlik iynələr, təbii dərman bitkilərinin radiasion sterilizasiyasını etmək mümkündür.
Müasir dövrün ən aktual problemlərindən biri istehsal olunmuş qida məhsullarının saxlanmasıdır. Əksər ərzaq məhsulları uzun müddət saxlandıqda xarab olur. Odur ki, bu gün ölkəmizdə yerli istehsal və idxal məhsullarının radiasion işlənməsi tələb olunur. Kompleksdə qida məhsullarının sterilizasiyası da aparıla bilər. Qeyd edək ki, pambıq, tütün, soya və başqa texniki bitkilərin toxumlarının qabaqcadan şüalanması bitkilərin xəstəliklərə davamlılığını və məhsuldarlığını artırması elmdə sübut olunub. Azərbaycan aqrar ölkə olduğundan, kompleksdə respublikamızda istifadə olunan bütün toxumların səpindən əvvəl şüalandırılması zəruridir.
Qamma şüalanması qiymətli ağac növlərinin daxili həşəratlardan qorunması, onlardan hazırlanan mebellərin keyfiyyətinin və rəqabətə davamlılığının artırılması, dərman bitkilərinin uzun müddət saxlanması, həmçinin həşərat və mikrobioloji təhlükədən qorunmasında böyük əhəmiyyətə malikdir. Azərbaycanda istehsalı artan kabel və polimer-plastik məmulatların hazır qablaşma halında qamma şüalandırılması ilə onların izolyasiya sisteminin davamlılığının artırılması mümkündür. Bu isə ixracda və daxili istifadədə rəqabətə davamlılığa şərait yaradır. Mədəni və tarixi abidələr, maddi-mədəni irsin qorunması sahəsində də qamma şüalanması tətbiq oluna bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

