/ / Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib
10.07.2020 [10:01]
İyulun 9-da Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclası videokonfrans formatında keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Əli Əhmədov COVID-19 pandemiyası dövründə dayanıqlı inkişafın təmin olunması, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr, habelə “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilinin cari vəziyyəti və “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması məsələlərinin müzakirəsinin vacibliyini diqqətə çatdırıb.
Baş Nazirin müavini gündəlikdə yer alan məsələlərə, o cümlədən dayanıqlı inkişafın təmin edilməsi, ələlxüsus ortamüddətli dövrdə makroiqtisadi sabitliyin qorunması, iqtisadi inkişafın canlandırılması, inklüziv və dayanıqlı iqtisadi artımın təmin edilməsi, tam və səmərəli məşğulluğa nail olunması prioritetlərinə dair müvafiq tapşırıqlarını Şura üzvlərinin diqqətinə çatdırıb.
Şuranın sədrinin müavini, İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dünya ölkələrini əhatə edən COVID-19 pandemiyasının sosial-iqtisadi təsirləri, o cümlədən milli iqtisadiyyatı ressesiyaya apara biləcək faktorların qarşısının alınması, xüsusilə iqtisadi aktivliyin qorunması, biznesə dəstək proqramlarının həyata keçirilməsi, uzunmüddətli dövrdə iqtisadi inkişafın əsas strateji xətti olaraq qeyri-neft sektorunun formalaşdırılmasının zəruriliyini qeyd edib.
M.Cabbarov “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının ölkəmizin inkişaf xəttinin müəyyən edilməsində rolunu, uzunmüddətli inkişaf hədəflərinə çatmaq üçün sosial-iqtisadi alətləri, həyata keçiriləcək tədbirləri özündə ehtiva edəcək və dayanıqlı inkişaf məqsədlərinə tam inteqrasiya olunmuş yeni bir yanaşmanı əks etdirəcək “Azərbaycan 2030 İnkişaf Strategiyası”nın bu baxımdan vacib sənəd olacağını vurğulayıb.
Eyni zamanda, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində irəliləyişlərə nail olunması üçün qarşıda duran çətinliklərin aradan qaldırılması və pandemiyanın qlobal təsirlərinin qiymətləndirilməsi məqsədilə regional tərəfdaşlığın gücləndirilməsinə həsr olunacaq və cari ilin oktyabrında keçiriləcək “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun əhəmiyyəti və gözlənilən nəticələri iclas iştirakçılarının diqqətinə çatdırılıb.
İclasda pandemiya dövründə “Dayanıqlı İnkişaf: görülmüş işlər və qarşıda duran vəzifələr”lə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova çıxış ediblər.
Sonda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkili və bununla əlaqədar zəruri məsələlərin həll edilməsi, “Azərbaycan 2030 İnkişaf Strategiyası (2021-2030)”nın hazırlanması və icrası üzrə ümumi əlaqələndirilmənin Şura tərəfindən həyata keçirilməsi, habelə bu istiqamətdə BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyinin dəyərləndirilməsi barədə qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

