/ / İqtisadi Şuranın qarşısında duran hədəflərin reallaşdırılması Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə dayanıqlı və dinamik inkişafını təmin edəcək
İqtisadi Şuranın qarşısında duran hədəflərin reallaşdırılması Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə dayanıqlı və dinamik inkişafını təmin edəcək
12.09.2020 [00:18]
Ekspertlər qeyd edirlər ki, ölkəmizdə İqtisadi Şuranın yaradılması qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir
Ölkəmizdə həyata keçirilən praqmatik siyasətin məntiqi nəticəsi olaraq respublikamızın davamlı inkişafı təmin olunur, milli iqtisadiyyatımız xarici mənfi təsirlər qarşısında öz dayanıqlılığını, rəqabət qabiliyyətini qoruyub saxlayır. Bu baxımdan, Prezident İlham Əliyevin 9 sentyabr 2020-ci il tarixində imzaladığı “Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Fərman böyük aktuallıq kəsb edir. Sənədə əsasən, 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şuranın yaradılması və Şura qarşısında yeni hədəflərin qoyulması Prezident İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır. Komitə sədri dünyada artıq yeni reallıqların formalaşmaqda olduğunu bildirərək “Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə də çevik dəyişikliklərin edilməsini labüd edir. Bu baxımdan, Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb. Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s kimi hədəflərin qoyulması Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir. Ümumiləşdirsək, Prezident İlham Əliyevin apardığı iqtisadi siyasət hər zaman sürətliliyi, çevikliyi, müasirliyi və sosiallığı ilə fərqlənib. İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatın postpandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır”, - deyə bildirib.
Milli Məclisin deputatı Azər Badamov isə Azərbaycan dövlətinin daim öz siyasətini zamanın dəyişən tələblərinə uyğun qurduğunu diqqətə çatdırıb. O hazırkı şəraitdə qarşıda duran vəzifələrin tamam fərqli olduğunu və bunun bütövlükdə iqtisadiyyatımızın yeni idarəetmə çərçivələrinin müəyyənləşdirilməsini zəruri etdiyini diqqətə çatdırıb: “Cənab Prezidentin 9 sentyabr tarixli Fərmanında indiki mərhələdə milli iqtisadiyyatımız üçün yaranan çağırışları şərtləndirən xarici və daxili amillərə diqqət çəkilib. Fərmanda vurğulanır ki, son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, əmtəə bazarlarında qiymət volatilliyinin xeyli yüksəlməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyinin artması, xüsusilə ilin əvvəllərindən başlanan koronavirus pandemiyası və onunla əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji siyasət çağırışları yaradıb. Əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyəti gücləndirilməli, iqtisadiyyatın neft gəlirlərindən asılılığı minimuma endirilməli, ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunmalıdır. Qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişafla bağlı yaranan strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək lazımdır. Bu sahədə məqsədə çatmaq üçün ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsi yaradılmalıdır. Prezidentin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi Şurasının yaradılması da məhz bununla bağlıdır. Yeni yaranan Şuranın qarşısında qoyulan strateji məqsədlər xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

