“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” üzrə anlaşma memorandumu imzalanıb
15.09.2020 [09:00]
“Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” (Caspian Environmental Protection Initiative - CEPI) üzrə anlaşma memorandumu imzalanıb.
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT-nin iqlim dəyişikliklərinə dair Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında qəbul olunan Paris Sazişini imzalayaraq istixana qazlarını azaltmaq və ekoloji cəhətdən davamlı gələcəyə yol açmaq niyyətini geniş beynəlxalq ictimaiyyətə göstərib. Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin təhlükəsizliyi və resurslardan səmərəli istifadə edilməsi, karbon intensivliyinin azaldılması və bölgənin davamlı inkişafının təmin edilməsi istiqamətində ən qabaqcıl ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir.
Xəzər regionunun ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, istixana qazlarının emissiyasını və ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün birgə proaktiv addımların atılması zəruridir. Bu səbəbdən SOCAR-ın təşəbbüsü əsasında SOCAR, “KazMunayGas”, BP, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” şirkətlərinin təsisçiliyi ilə “Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü” adlı səmərəli və müstəqil fəaliyyət göstərən regional Təşəbbüs Qrupu yaradılıb.
Qeyd edək ki, “Rosneft”, “Gazprom” və “Eni” şirkətləri CEPI-yə üzv kimi, BMT və BMT-nin İnkişaf Proqramı isə müşahidəçi qismində qoşulmaqları haqqında öz niyyətlərini bəyan ediblər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də SOCAR-ın “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”ndə CEPI üzrə anlaşma memorandumunun imzalanma tədbiri keçirilib. CEPI-nin İcra Komitəsinin sədri, SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbiri açılış nitqi ilə başlayaraq təşəbbüsün gələcək fəaliyyəti və nəzərdə tutulan planlar haqqında məlumat verib.
Anlaşma memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “KazMunayGas” şirkətinin idarə heyətinin sədri Alik Aydarbayev, BP şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz, “Equinor Abşeron AS” şirkətinin Azərbaycan üzrə ölkə meneceri Favad Qureyşi və “Total E&P Absheron B.V.” şirkətinin idarəedici direktoru Regis Agut tərəfindən imzalanıb.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BMT-nin İnkişaf Proqramının ölkə üzrə rezident nümayəndəsi Alessandro Frakassetti və “Gazprom” şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Maksut Anderjanov müşahidəçi qismində iştirak ediblər.
Anlaşma memorandumu imzalandıqdan sonra tədbir iştirakçıları “Ekopark: Ekoloji Tədqiqatlar Mərkəzi”nin ərazisində ağac əkiblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

