Kazanda 6-cı İslam Əməkdaşlıq Təşkilatı Gənc Sahibkarlar Forumu keçirilib
03.12.2020 [10:14]
Dekabrın 1-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində 6-cı Kazan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Sahibkarlar Forumunun yekun mərhələsi keçirilib. İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzi və Tatarıstan Respublikası Gənclər Nazirliyinin təşkil etdiyi forumda 44 ölkədən 200-dək gəncin startap layihələri iştirak edib. “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və İƏT Gənclər Forumu katibliyi forumun keçirilməsində tərəfdaş kimi çıxış ediblər.
İƏT Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq ekspertlərin iştirakı ilə 3 ay davam edən onlayn tədris-hazırlıq mərhələsindən sonra forumun yekun mərhələsinə 32 startap seçilib və ümumi məbləği 20 min ABŞ dolları olan mükafatlar üçün yarışıb.
Forumdan öncə noyabrın 30-da İƏT Gənclər Forumunun nümayəndə heyəti Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov tərəfindən qəbul edilib. Görüş zamanı İƏT Gənclər Forumunun sədri Taha Ayhan və Forumun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru Elməddin Mehdiyev Rüstəm Minnixanova qarşılıqlı əməkdaşlıq çərçivəsində görülən işlər və gələcək layihələr haqda məlumat veriblər. E.Mehdiyev gənc sahibkarların maraq göstərdiyi sahələri qeyd edərkən Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi nəticəsində işğaldan azad edilən ərazilərin 30 ildən sonra yenidən dünyanın iqtisadi və turistik xəritəsinə qayıtdığını, gənc sahibkarlar üçün bu ərazilərdə yeni imkanların olduğunu qeyd edib. Öz növbəsində Prezident R.Minnixanov münaqişənin tarixi və hüquqi ədalət və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən məmnunluğunu və bundan sonra bölgədə dayanıqlı sülhün hakim olacağına, bunun gənclər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib.
Forumun dekabrın 1-də keçirilən yekun mərhələsində Rusiya Federasiyasının Gənclər üzrə Federal Agentliyinin sədri Aleksandr Buqayev, İƏT Gənclər Forumunun sədri T.Ayhan, Forumun Avrasiya üzrə Regional Mərkəzinin baş direktoru E.Mehdiyev, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Gənc Diplomatlar Şurasının sədri Konstantin Kolpakov və Tatarıstan Respublikasının gənclər naziri Dəmir Fəttahov çıxış ediblər. Həm onlayn, həm də oflayn (hibrid) formatda keçirilən tədbirdə startaplarla yanaşı, bir sıra yerli və beynəlxalq investorlar, mütəxəssislər və xüsusi qonaqlar iştirak ediblər.
E.Mehdiyev çıxışında layihənin COVID-19 pandemiyasına baxmayaraq, bu il daha çox ölkəni əhatə etdiyini və onlayn təlimlər nəticəsində 44 ölkədən 200-ə yaxın startap müəllifinin lazımi bilik və bacarıqlara yiyələndiyini bildirib. O, həmçinin gənclərin obyektiv əməkdaşlığının və biznes innovatorların fəaliyyətinin beynəlxalq sülhə və inkişafa töhfə olduğunu qeyd edərək Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük iqtisadi potensiala malik olduğunu və uzun illər davam edən işğalın dünya iqtisadiyyatını, beynəlxalq investorlar və gənc sahibkarları bu imkanlardan məhrum etdiyini bildirib.
Sonra investorların iştirakı ilə 20-dən çox startap layihəsi müəllifləri 3 dəqiqəlik videotəqdimatlar keçiriblər. Beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin qərarı ilə Qazaxıstan, Pakistan və Rusiyadan olan startap müəllifləri İƏT Gənclər Forumu və onun Avrasiya üzrə Regional Mərkəzi tərəfindən təsis edilmiş 10 min, 7 min və 3 min ABŞ dolları məbləğində mükafatlarla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

