Azərbaycan gələn il CAREC Proqramına sədrlik edəcək
09.12.2020 [09:47]
Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) videokonfrans formatında “COVID-19 pandemiyasından sonrakı dövrdə insanyönümlü regional əməkdaşlıq” mövzusunda 19-cu Nazirlər Konfransı keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani açılış nitqi ilə çıxış edərək Azərbaycan, Türkmənistan və Gürcüstana Lapis-lazuli (Lazurit yolu) Beynəlxalq Tranzit Dəhlizi çərçivəsində əməkdaşlığa görə xüsusi təşəkkürünü bildirib, ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında rolunu vurğulayıb.
Tədbirdə CAREC-ə üzv ölkələrin və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələri region ölkələrində iqtisadi dayanıqlılığın təmin edilməsi, iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin yaradılması, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əməkdaşlığın təşviq edilməsi barədə fikirlərini bölüşüblər.
Konfransda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov CAREC-in regional iqtisadiyyatın davamlı inkişafı üçün inklüziv əməkdaşlıq platforması olduğunu və Azərbaycanın CAREC regionu ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İqtisadiyyat naziri COVID-19 pandemiyasının Azərbaycan iqtisadiyyatına təsiri və bu təsirlərin minimallaşdırılması məqsədilə həyata keçirilən çoxşaxəli tədbirlər barədə məlumat verib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və ölkəmiz əlverişli biznes və investisiya mühitinin yaradılması, beynəlxalq ticarətin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirir. Azərbaycan, həmçinin 4-cü sənaye inqilabı üzrə təşəbbüsləri və iqtisadiyyatın rəqəmsallaşması çağırışlarını dəstəkləyir.
M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qələbəsini və torpaqlarımızın işğaldan azad edildiyini vurğulayıb, ölkəmizin haqlı mövqeyini dəstəklədiklərinə görə tərəfdaş ölkələrə minnətdarlıq edib. Diqqətə çatdırılıb ki, işğaldan azad olunmuş torpaqlarda yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir və Qarabağ regionunun dirçəldilməsi regional əməkdaşlığa böyük töhfə verəcək.
2021-ci ildə Azərbaycanın CAREC Proqramına 3-cü dəfə sədrlik edəcəyini qeyd edən iqtisadiyyat naziri bu müddət ərzində CAREC-in region ölkələrinin iqtisadi inkişafının təşviq edilməsi istiqamətində səmərəli fəaliyyət göstərəcəyinə əminliyini vurğulayıb.
Konfransda “CAREC 2030” Proqramının nəticələri üzrə Çərçivə Sənədi, “CAREC Turizm Strategiyası 2030” və “CAREC Gender Strategiyası 2030” sənəd layihələri və nazirlərin birgə bəyanatı qəbul olunub.
Qeyd edək ki, CAREC 2001-ci ildə yaradılıb və Azərbaycan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Özbəkistan, Tacikistan, Gürcüstan və Türkmənistanı əhatə edir. Azərbaycan 2003-cü ildən proqramda iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

