Koordinasiya Şurasının ilk iclası keçirilib
26.12.2020 [09:28]
Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sisteminin Milli Risk Qiymətləndirilməsinin (MRQ) həyata keçirilməsi, Avropa Şurasının müvafiq ekspert Komitəsi (MONEYVAL) tərəfindən aparılacaq 5-ci raund qiymətləndirilməsinə hazırlığın təmin edilməsi və digər məsələlərin müzakirəsi məqsədilə Koordinasiya Şurasının ilk iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Koordinasiya Şurasının sədri Əli Əhmədov Azərbaycanda açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin, maliyyə şəffaflığının yüksəldilməsinin, vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsinin və ictimai nəzarətin gücləndirilməsinin, habelə açıq hökumətin təşviqi ilə bağlı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini deyib. Qeyd edib ki, Fəaliyyət Planının 3-cü hissəsinə əsasən, PL/TMM üzrə Milli Risk Qiymətləndirilməsinin dövri qaydada aparılması, milli qanunvericiliyin beynəlxalq PL/TMM standartları ilə uyğunlaşdırılması, eləcə də Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycana münasibətdə həyata keçirilməsi planlaşdırılan 5-ci raund qiymətləndirilmə prosesinə hazırlığın əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının və ictimai birliklərin vəzifəli şəxslərindən ibarət Koordinasiya Şurası yaradılıb.
Sonra iqtisadiyyat nazirinin müavini, Maliyyə Monitorinqi Xidmətinin idarə heyətinin sədri Rövşən Nəcəf MRQ-in həyata keçirilməsinin hüquqi əsasları, PL/TMM sistemi üzrə qiymətləndirmə prosesi barədə məlumat verib.
Tədbirdə vurğulanıb ki, 2014-2015-ci illərdə birinci MRQ-in aparılması zamanı müxtəlif metodologiyalardan, o cümlədən Dünya Bankının təqdim etdiyi metodologiyadan istifadə olunub. Görüşdə, həmçinin Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilən spesifik sahələr üzrə strateji təhlillərin və risk qiymətləndirmələrinin aparılması məqsədilə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” proqramı çərçivəsində Avropa Şurası, qeyri-hökumət təşkilatları üzrə PL/TM risklərinin qiymətləndirilməsi üçün isə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə növbəti ildə əməkdaşlıq, eləcə də PL/TMM sisteminin qiymətləndirilməsi üçün aidiyyəti işçi qrupların yaradılması təklif edilib. Bildirilib ki, 2022-ci ildə Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın PL/TMM sisteminin 5-ci raund qiymətləndirilməsinin başlanılması gözlənilir. Belə ki, həm milli qanunvericiliyin Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF) tərəfindən PL/TMM üzrə qəbul edilən beynəlxalq standartlara uyğunluğu, həm də PL/TMM sisteminin fəaliyyət effektivliyi qiymətləndiriləcək.
Tədbirdə PL/TMM sisteminin qiymətləndirilməsi üzrə yaradılması təklif olunan işçi qrupların fəaliyyət mexanizmi barədə məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

