“Euractiv” portalı: Naxçıvan dəhlizi Qafqazda nəqliyyat bağlantılarını möhkəmləndirəcək
19.01.2021 [09:16]
Avropanın nüfuzlu “Euractiv” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Naxçıvan dəhlizi Qafqazda nəqliyyat bağlantılarını artıracaq” adlı məqaləsi dərc edilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalədə əsas diqqət noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatda yer alan Ermənistanın Mehri rayonundan keçərək Naxçıvan Muxtar Respublikasını Azərbaycanın digər rayonları ilə birləşdirəcək dəhlizin respublikamız və regionun digər ölkələri, o cümlədən regional nəqliyyat layihələri üçün yaratdığı yeni imkanlara yönəldilib.
Naxçıvan dəhlizinin açılmasının muxtar respublikanın iqtisadi blokadadan azad olunmasına imkan yaradacağının qeyd edildiyi məqalədə deyilir: “Hazırda Naxçıvan ilə hava və quru əlaqəsi İran və ya Türkiyə vasitəsilə mümkündür. Ona görə də Naxçıvanla birbaşa əlaqənin qurulması vaxtı və xərcləri azaltdığından Azərbaycan və Naxçıvan üçün yeni iqtisadi inkişaf imkanları yaradacaq. Eyni zamanda, Naxçıvanın təhlükəsizliyi ilə bağlı narahatlıqlar da aradan qalxacaq”.
Müəllif bildirib ki, Naxçıvan dəhlizi, eyni zamanda, region ölkələri üçün yeni imkanlar yaradacaq, Türkiyə bu dəhlizdən istifadə etməklə Azərbaycana birbaşa çıxış əldə edəcək. “Türkiyə ilə Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu ilə müqayisədə Naxçıvan dəhlizindən keçən yol 340 km daha qısa olacaq. Bu da məsafəni və xərcləri azaltmaqla Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin inkişafına imkan yaradacaq. Dəhliz, həmçinin Azərbaycanla Türkiyə arasında turizm əlaqələrinin inkişafına da səbəb olacaq”, - deyə Orxan Bağırov qeyd edib.
Vurğulanıb ki, Naxçıvan dəhlizinin yaradılması regionun digər ölkələri ilə alternativ quru yolunun açılmasına imkan yaratdığından Rusiya üçün də faydalı olacaq. Belə ki, Rusiyanın dəmir yolu şəbəkəsi Azərbaycanın dəmir yolları ilə əlaqəli olduğundan bu ölkədən gələn qatarlar Naxçıvan dəhlizinə çataraq oradan asanlıqla İran, Türkiyə və Ermənistana gedən xətlərə birləşdiriləcək. Əgər Ermənistan sülhə yönələn siyasətə və əməkdaşlığa üstünlük verərsə, o zaman Naxçıvan dəhlizindən o da faydalana bilər. Bu dəhlizdən istifadə etməklə Ermənistan özünün iqtisadi blokadasına son qoya, regional nəqliyyat layihələrinə qoşula və ən əsası, Avrasiya İqtisadi Birliyinin (AİB) bazarlarına çıxış əldə edə bilər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

