Azercell nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə
26.01.2021 [08:55]
Mobil operator bütün xidmət kanalları üzrə müştəri məmnuniyyəti səviyyəsini qoruyub saxlamaqdadır
Müasir texnologiyaların və biznes həllərin köməyilə abunəçilərinin gündəlik rabitə ehtiyaclarını rahat şəkildə qarşılamağı hədəfləyən ölkənin lider mobil operatoru “Azercell Telekom” hazırda bütün mümkün platformalar üzərindən xidmət spektrini davamlı şəkildə genişləndirir.
2020-ci ilin böyük hissəsini əhatə edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2020-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə 3,950,821 zəng daxil olmuş, bunlardan 95%-i cavablandırılmış, onlayn müştəri xidmətləri üzərindən 449,337 sayda sorğu daxil olmuş və bunların 98%-i cavablandırılmış, Premium dəstək xəttinə daxil olmuş 119,602 müraciətin isə 96%-i cavablandırılmışdır. Qeyd edək ki, Telefon vasitəsilə daxil olmuş müraciətlərin ortalama cavablama müddəti təxminən 2 dəqiqə təşkil edir ki, bu da çox yüksək göstərici nümunəsidir. Azercell-in Telefon Mərkəzi üçün 2020-ci ildə müştəri məmnuniyyəti səviyyəsi 94% təşkil edib. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 134,350 müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılmışdır. Fərqli kanallar vasitəsilə daxil olan müraciətlər əsasən mobil internet xidmətləri, balans barədə məlumat, ödəmə, xidmətlərə qoşulma və s. ilə bağlı olub. Bundan əlavə, 2020-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə 949, 292 nəfər abunəçiyə üz-üzə xidmət göstərilib.
Qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən Müharibəsi zamanı gücləndirilmiş və gərgin iş rejiminə baxmayaraq, Azercell əməkdaşlarının səyi nəticəsində bütün kanallar vasitəsilə xidmət keyfiyyəti ən yüksək səviyyədə saxlanıldı. Belə ki, ən son statistikaya əsasən onlayn kanallar vasitəsilə daxil olmuş müraciətlər 100% cavablama göstəricisinə qədər yüksəlib.
Hətta, COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan uzunmüddətli sərt karantin rejimində Azercell Müştəri Xidmətləri fasiləsiz olaraq onlayn şəkildə fəaliyyət göstərib, yaşı 65-dən yuxarı olan abunəçilərə isə Səyyar Müştəri Xidmətləri tərəfindən pulsuz xidmət təqdim olunub.
Şirkət sosial şəbəkələr üzrə müştərilərə göstərilən xidmət səviyyəsi, müraciətlərin cavablandırılması üzrə dəfələrlə beynəlxalq sertifikatlara layiq görülüb. Azercell-in istifadəyə verdiyi “Kabinetim” tətbiqi isə müştəri məmnuniyyətinin artırılması, şikayətlərin dərhal həlli istiqamətində atılmış böyük addımlardan biri olub.
Azercell şirkəti ölkədə qurduğu Müştəri Xidmətləri sisteminin ən yüksək dünya standartlarına uyğun olduğunun nümunəsi kimi ISO 18295:2017 və ISO 10002:2018 beynəlxalq sertifikatlaşma standartlarına da layiq görülüb. ISO 18295:2017 bilavasitə Müştərilərlə Əlaqə Mərkəzlərinin İdarə edilməsi Sahəsində Beynəlxalq Sertifikat, ISO 10002:2018 isə Keyfiyyətin İdarə Olunması /Müştəri Məmnuniyyəti /Müəssisələrdə Şikayətlərə Baxılmasına dair təlimatlar standartına uyğunluq sertifikatlardır.
“Azercell Telekom” MMC bundan sonra da müştəri xidmətləri və müştəri məmnuniyyətinin ən yüksək standartlara uyğunluğu və abunəçi sorğularının çevik və rahat şəkildə cavablandırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

