Qiymət artımı aztəminatlı ailələrə təsirsiz ötüşəcək
17.10.2021 [13:48]
Aydın Hüseynov: Yeni Sərəncam sosial inkişafın davamlı xarakter almasını təmin edir
“Əhalinin sosial rifahının yüksəldilməsi dövlətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncam da əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması üçündür”. Bunu yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, beynəlxalq bazarlarda baş verən proseslərin ölkədaxili qiymətlərə təsirini azaltmaq, bunun ölkə əhalisinə, xüsusilə həssas əhali qruplara mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədiilə bu sərəncam verilib: “Kommunal qiymətlərin dəyişdirilməsi aztəminatlı əhalinin büdcəsinə təsirsiz ötüşəcəyini düşünmək sadəcə, mümkün deyil. Dövlətimiz məhz bunu nəzərə alaraq həmin təbəqənin gəlirlərini artırılmaqla qiymət artımını kompensasiya edir. Nəticədə qiymət artımı aztəminatlı ailələrə təsirsiz ötüşür. Həm də Nazirlər Kabineti də əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərini artırılmaqla 2022-ci ilin dövlət büdcəsi layihəsində bunun əks olunması üçün təkliflər hazırlayır. Qeyd edək ki, həmin təkliflərin artıq hazırlanması prosesinə başlanıb. Sərəncam vətəndaş rifahının və həssas qrupların sosial müdafiəsinin artırılmasının Prezident İlham Əliyevin daim diqqətində olduğunu bir daha əks etdirir”.
A.Hüseynovun sözlərinə görə, son illər bu sahədə geniş islahatlar aparılır: “Nəticədə sosial müavinət və təqaüdlərin, pensiya və əməkhaqqlarının ciddi şəkildə artımı təmin edilib. Statistikaya nəzər salsaq, 3 il əvvələ nisbətən ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib. Bu da ciddi irəliləyişdir. Ümumilikdə götürsək, son üç ildə ölkəmizdə qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahın yaxşılaşdırılmasına xidmət edən sənədlər olub. Yeni Sərəncam isə ölkəmizdə sosial inkişafın davamlı xarakter almasını təmin edir və ümumilikdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

