Manata inam artır
27.11.2021 [10:15]
Əhali milli valyuta ilə yığıma üstünlük verir
Son zamanlar dünyanın ayrı-ayrı ölkələrində milli valyutaların ABŞ dolları ilə müqayisədə dəyər itirməsinin şahidi oluruq. Hazırda arzuolunmaz qlobal şoklar səbəbindən milli valyutalara təzyiqlər artıb. Eyni zamanda, milli valyutalara təzyiqlər yalnız iqtisadi amillərlə bağlı deyil. Qardaş Türkiyənin timsalında görürük ki, bir sıra hallarda milli valyutaların ucuzlaşması həm də siyasi amillərlə şərtlənir. Bəs Azərbaycanın milli valyutası olan manatla bağlı vəziyyət necədir? Sualın cavabı olaraq bildirmək istərdik ki, Azərbaycanda fərqli proseslər gedir. Belə ki, milli valyutamızın dollara nəzərən məzənnəsi sabit qalmaqda davam edir.
Milli valyutanın məzənnəsinin sabit qalmasını şərtləndirən mühüm amillər var
Mərkəzi Bankdan verilən məlumata əsasən, 2021-ci ilin 9 ayında qurum tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilib. Yanvar ayında valyuta bazarında dollara tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub. Bəhs olunan dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib. Eyni zamanda, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6993, orta satış məzənnəsi isə 1.7024 manat təşkil edib. İlin əvvəlindən bəri manatın məzənnəsi ticarət tərəfdaşlarımız olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. O cümlədən milli valyutamız avroya, türk lirəsinə, İsveçrə frankına, funt-sterlinqə və yapon yeninə qarşı bahalaşıb.
Manatın məzənnəsinin ABŞ dollarına nisbətdə üzunmüddətli dövrdə sabit qalmasını və bir sıra ölkələrin valyutaları ilə müqayisədə bahalaşmasını şərtləndirən bir sıra mühüm amillər var. Burada, əlbəttə ki, Mərkəzi Bankın məqsədyönlü pul siyasəti və prosesləri daim nəzarətdə saxlaması, vaxtaşırı monitorinqlər aparması, zəruri hallarda prevantiv tədbirlər görməsi öz sözünü deyir. Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində müəyyən olunub. Mərkəzi Bankın məlumatında bildirilir ki, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlılığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilib.
Ölkəmizin müsbət reallıqları, o cümlədən də milli iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin yüksək olması da manatın məzənnəsinin sabit qalmasında mühüm rol oynayır. Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr ayında yenilənmiş proqnozuna görə 2021-ci ildə qlobal iqtisadiyyatın 5,9% artacağı gözlənilir. Qlobal miqyasda, o cümlədən Azərbaycanın ticarət tərəfdaşlarında iqtisadi artımın yüksəlməsi öz növbəsində respublikamızda iqtisadi artıma müsbət təsir göstərir. Dünya bazarında əsas ixrac məhsulumuzun - neftin bahalaşması sayəsində ölkəmizin valyuta gəlirləri artıb. Paralel şəkildə, cari ilin əvvəlindən bəri ölkəmizdən qeyri-neft məhsullarının ixracı da əhəmiyyətli dərəcədə artıb. Bu isə neftdənkənar mənbədən ölkəmizə valyuta axını deməkdir. Yeri gəlmişkən, Mərkəzi Bankın məlumatında bu məqama da xüsusi diqqət çəkilib. “İxrac məhsullarının bahalaşması və tərəfdaş ölkələrdə iqtisadi aktivliyin yüksəlməsilə qeyri-neft ixracının genişlənməsi ölkənin tədiyyə balansını və valyuta bazarı ilə bağlı gözləntiləri yaxşılaşdırır. 9 ayda xarici ticarət profisiti ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artmışdır. Bu dövrdə strateji valyuta ehtiyatları 3,4% (1.7 mlrd. ABŞ dolları) artaraq 52.5 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10,4% artaraq 7 mlrd. ABŞ dollarını üstələmişdir”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunan göstəricilərin və gözləntilərin yaxşılaşması manatın məzənnəsinin sabitliyini dəstəkləyib. Mərkəzi Bankın məlumatında da bildirildiyi kimi, cari ilin ötən dövründə qurumda keçirilən valyuta hərraclarının 84%-də təklif tələbi üstələyib.
Əmanətlərin dollarlaşması 7,5 faiz bəndi azalıb
Milli valyutamızın məzənnəsinin uzunmüddətli dövrdə sabit qalması ona inamı da artırır. Bunu son vaxtlarda əhalinin manatla yığıma üstünlük verməsi bir daha təsdiqləyir. Ölkəmizin müsbət mənzərəsinin ifadəsi olaraq banklara depozit qoyuluşu artır. Təkcə oktyabrda bankların depozit portfeli 1,6 faiz artıb. 2021-ci ilin əvvəlindən isə bu artım 15,9 faiz təşkil edib. Bu müsbət tendensiyanın məntiqi nəticəsi olaraq bankların öhdəliklərinin strukturunda depozit portfeli ön mövqeyə çıxıb. Belə ki, hazırda bankların öhdəliklərinin 80 faizi və ya 24,026.1 milyon manatı depozit portfelinə aiddir. Sevindirici haldır ki, depozitlərin strukturunda manatla qoyulan əmanətlər artır. Mərkəzi Bankın məlumatına görə, oktyabrın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği sentyabr ayı ərzində 279 milyon manat artaraq 8838,1 milyon manat təşkil edib. Banklarda yerləşdirilən əmanətlərin 56,4 faizi milli, 43,6 faizi isə xarici valyutada qoyulub. O cümlədən fiziki şəxslərin əmanətlərinin dollarlaşması ilin əvvəlinə nəzərən 7,5 faiz bəndi azalaraq 43,3 faiz təşkil edib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37

Siyasət
18 Mart 10:35

Xəbər lenti
18 Mart 10:33

Xəbər lenti
18 Mart 10:29

Siyasət
18 Mart 10:20

Siyasət
18 Mart 10:12

Siyasət
18 Mart 10:10

Gündəm
18 Mart 10:00

Xəbər lenti
17 Mart 21:50

Gündəm
17 Mart 19:25

Xəbər lenti
17 Mart 19:14

Xəbər lenti
17 Mart 18:17

Dünya
17 Mart 18:16

Xəbər lenti
17 Mart 17:20

YAP xəbərləri
17 Mart 17:04

Xəbər lenti
17 Mart 15:34

Xəbər lenti
17 Mart 15:33

Xəbər lenti
17 Mart 15:32

Xəbər lenti
17 Mart 15:29

Xəbər lenti
17 Mart 15:28

Xəbər lenti
17 Mart 14:54
