Üçtərəfli sazişin siyasi və iqtisadi əhəmiyyəti nədir?
02.12.2021 [10:52]
Və ya Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsi ilə bağlı əməkdaşlıq hansı yeni imkanlar yaradır?
Nicat Dilqəmli
Xəbər verildiyi kimi, Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.
İmzalanan sazişin ikitərəfli, üçtərəfli və çoxşaxəli münasibətlərin inkişafı, enerji təhlükəsizliyi üçün hansı imkanlar yaradacağı məsələlərinə aydınlıq gətirməyə çalışdıq. Sazişin əhəmiyyətindən danışan iqtisad elmləri doktoru, professor Elşad Məmmədov “Yeni Azərbaycan”a bildirdi ki, bu, olduqca faydalı layihədir: “Hesab edirəm ki, Azərbaycanın Türkmənistan və İran İslam Respublikası ilə qarşılıqlı qaz tədarükü ilə bağlı əldə etdiyi razılaşma gözlənilən idi. Belə ki, ölkəmizdə enerjiyə və enerji daşıyıcılarına tələb xeyli artmaqdadır və eyni zamanda, Azərbaycanın qaz ixracatı ilə bağlı xarici öhdəlikləri var. Bu səbəbdən, müəyyən hallarda qaz idxalı Azərbaycan iqtisadiyyatında ardıcıl və fasiləsiz enerji təminatı nöqteyi-nəzərindən önəmlidir. Bununla yanaşı, bütövlükdə enerji sektorunun öz məntiqi və coğrafiyası var, heç də bütün hallarda qazla zəngin ölkələr yalnız öz daxili resurslarına istiqamətlənmir. Buna nümunə İranı göstərmək olar. Baxmayaraq ki, qaz ehtiyatları baxımından dünyanın ən zəngin ölkələrindən biridir, amma İranın özündə də qaz yataqları coğrafi nöqteyi-nəzərdən qeyri-bərabər yerləşməkdədir. Yəni İranın əsas qaz ehtiyatları ilə zəngin bölgələri bu ölkənin cənubundadır. Azərbaycanla həmsərhəd şimal hissəsində isə qaz tədarükü ilə bağlı qıtlıq ənənəvi hal alıb və belə olan halda Azərbaycandan İranın şimal bölgələrinə qaz ixracatı bu ölkə üçün iqtisadi cəhətdən daha faydalı hesab oluna bilər”.
“Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, üç ölkə faktiki olaraq enerji sektorunda əməkdaşlıq kontekstində bütövlükdə gündəlikdə olan iqtisadi və siyasi məsələlərin həlli istiqamətində daha da yaxınlaşır və bu da bölgədə sabitliyin, inkişafın dayanıqlı xarakter alması üçün olduqca önəmlidir. Düşünürəm ki, regional iqtisadi əməkdaşlıq bütövlükdə bölgədə baş verəcək iqtisadi proseslər fonunda prioritet təşkil edəcək və bu, regionda bütün dövlətlərin maraqları ilə uyğunluq təşkil edir”,-deyə ekspert bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

