Yeni vergi məcəlləsi hazırlanır?
07.12.2021 [11:03]
Nicat Dilqəmli
Azərbaycanda sahibkarlara dövlət dəstəyi davamlı xarakter daşıyır. Koronavirus pandemiyası bir çox ölkəyə ciddi iqtisadi zərbə vursa da, aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı cüzi itkiylə iqtisadi inkişaf dinamikasını qoruyub saxlamaqdadır. Pandemiya dövründə sahibkarlara dəstək məqsədilə vergi yükünün azaldılması da bu baxımdan mühüm sosial və iqtisadi əhəmiyyətə malikdir. Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva COVID-19 pandemiyası dövründə sahibkarlara göstərilən maliyyə dəstəyindən danışarkən məlumat verib ki, dəstək proqramı üzrə ayrılan vəsait 243 min 517 muzdlu işçini əhatə edib: “Bu il dekabr ayının 1-nə olan məlumata görə, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi mikrosahibkarlara maliyyə dəstəyi proqramı üzrə ayrılmış vəsaitdən 113 milyon 55,9 min manat 107 min 385 vergiödəyicisinin bank hesabına köçürülüb. Muzdlu işçilərin əməkhaqlarının müəyyən hissəsinin ödənilməsi ilə bağlı ayrılmış vəsaitdən isə 250 milyon 53,2 min manat 25 min 155 vergiödəyicisinin bank hesabına köçürülüb. Həmin vəsait 243 min 517 muzdlu işçini əhatə edib”.
Ötən ilin sahibkarlıq subyektləri üçün pandemiyanın mənfi təsirləri baxımından çətin bir dövr olsa da, aparılmış çoxşaxəli şəffaflaşma siyasəti və səmərəli vergi islahatları nəticəsində bir sıra göstəricilər üzrə müsbət dinamika müşahidə edilir. Belə ki, vergi sistemində aparılan islahatlar nəticəsində aktiv vergiödəyicilərinin sayı 24,2 faiz, aktiv ƏDV ödəyicilərinin sayı 17,4 faiz, aktiv təsərrüfat obyektlərinin sayı 8,6 faiz, topdan ticarət sahəsində elektron qaimə-fakturalar üzrə dövriyyə 3,3 faiz artıb. Bundan başqa, əmək müqavilələrinin sayında 9,6 faiz, o cümlədən qeyri-neft sektorunun qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 24 faiz, əməkhaqqı fondunun həcmində 23,5 faiz, məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmaların həcmində isə 21,6 faiz artım qeydə alınıb.
“Kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində görülən işlər də sahibkarlıq mühitinin optimallaşdırılmasına və sahibkarlığın inkişafına əlavə təkan verib. Vergi münasibətlərinin bütün iştirakçılarının fəaliyyətində şəffaflığın təmin edilməsi, “qanunsuz” və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğvi ilə bağlı islahatlar da bu baxımdan xüsusi qeyd edilməlidir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Yeni Azərbaycan”a mövzunu şərh edərkən bildirib ki, vergi qeydiyyatının asanlaşması, elektron sistemin tətbiqi həm də şəffaflığın gücləndirilməsi baxımından vacibdir: “Ölkədə vergi qeydiyyatı asanlaşıb, sadələşib və təbii ki, bu da vergi ödəyicilərinin daha qısa zamanda qeydiyyata düşməsinə imkan yaradır”.
Millət vəkilinin sözlərinə görə, islahatlar vergi sistemində şəffaflığın gücləndirilməsinə, vergi ödəyicilərinin sayının artmasına və dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına şərait yaradır. “Bizim təklifimiz ondan ibarətdir ki, yeni vergi məcəlləsi hazırlansın. İqtisadiyyatın ağarması, qeyri-leqal məşğulluğun məhdudlaşdırılması və gizli iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi 2030-cu il sosial-iqtisadi inkişaf üzrə milli prioritetlərdə öz əksini tapıb. Bu isə onu deməyə əsas verir ki, bu gün vergi sistemində aparılan islahatlar Azərbaycanın milli prioritetlərinə uyğun həyata keçirilən tədbirlərdir. Bu baxımdan, 2022-ci ildə qeyri-neft sektorunda artımların olması gözlənilir. Vergiyə daxilolmaların növbəti illərdə də artım tempini qoruyub saxlayacağı proqnozlaşdırılır”,-deyə V.Bayramov bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

