Maaş və təqaüdlər neçə manat olacaq?
09.12.2021 [10:50]
Nicat Dilqəmli
Azərbaycanda minimum əməkhaqqı artırılır. Bu məsələ “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Dəyişikliyə əsasən, minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılır.
Bu artım neçə nəfər əhatə edəcək? Vergi tutulmalarda dəyişiklik gözlənilirmi?
Bu kimi suallarımızı cavablandıran iqtisadçı-ekspert Elbrus Cəfərli “Yeni Azərbaycan”a 2019-cu ildə əməkhaqqının artırılması təxminən, 600 min nəfərin əməkhaqqına müsbət təsir etdiyini xatırlatdı: “2022-ci ildə minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılacaq. Minimum aylıq əməkhaqqının gözlənilən artımı ixtisassız işçilərin, aztəminatlı ailələrin, ictimai və sosial işlərdə çalışanların həyat şəraitini yaxşılaşdıracaq. Məlum olduğu kimi, Azərbaycanda minimum əməkhaqqı sonuncu dəfə 2019-cu ilin sentyabrında 250 manata qaldırılıb. Bu zaman artımların ölkədə muzdla çalışan işçilərin 40 faizdən çoxunun - təxminən 600 min nəfərin əməkhaqqına müsbət təsir etdi. Bu şəxslərin 75 faizə qədəri dövlət sektorunda çalışıblar. Belə ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının mislləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması yüz minlərlə işçinin maaşlarına təsir edəcək”.
Pensiyaların artırılması qaydasından danışan ekspert bildirdi ki, artım əsas etibarilə müvafiq qanunlarla indeksləşdirilərək həyata keçirilir: “Azərbaycanda pensiyaların artırılması ilə bağlı ortada bir iqtisadi qanunauyğunluq, ənənə var, artım əsas etibarilə müvafiq qanunlarla indeksləşdirilərək həyata keçirilir. Yəni başa çatan maliyyə ilinin əsas göstəricilərindən biri olan orta aylıq əməkhaqqının artım nisbəti götürülür, buna uyğun da növbəti ildə pensiyaların artım məbləği, yəni indeksləşdirilməsi təmin edilir. Məsələn, 2021-ci il yanvarın 1-dən pensiyaların və müavinətlərin artırılarkən 2020-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempi nəzərə alındı. Beləliklə, orta aylıq pensiya 290 manatdan 325 manata qalxdı. Yəni pensiyanın maliyyə dəyəri 34 manat təşkil etdi. 2020-ci orta aylıq əməkhaqqının 11,4% artımına əsasən, pensiyalar bu fazi həddində artırıldı.”
Yəni 2022-ci ildə də bu qanunauyğunluq davam etdiriləcək - 2021-ci ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun pensiyalar artırılacaq. Eyni zamanda, ölkə üzrə qiymət indeksinin artımı da nəzərə alınmaqla pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək. 2021-ci ildə ölkə üzr orta aylıq əməkhaqqının təxminən, 8 faiz olacağı proqnozlaşdırılır. İnflyasiya isə 6 faiz gözlənilir. Bu baxımdan gələn il pensiyalar orta hesabla 15 faiz artacaq. Yəni orta aylıq pensiya 325 manatdırsa, təxminən 380 manata catacaq.
Elbrus Cəfərli bildirib ki, artım yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edəcək, eyni zamanda, əhalinin gəlirlərini və pensiya kapitalının artımını nisbətən inflyasiyaya uyğunlaşdıracaq: “Minimum əməkhaqqının artması növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını şərtləndirəcək. Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında əlavə artımlar da olacağı gözlənilir. Bu artımlar dolayısı ilə yoxsulluq səviyyəsinin aşağı düşməsinə xidmət edəcək, eyni zamanda, əhalinin gəlirlərini və pensiya kapitalının artımını nisbətən inflyasiyaya uyğunlaşdıracaq. Eyni zamanda, bu siyasət fərdi sahibkarlıq subyektlərinə müəyyən müsbət təsirlər göstərəcəkdir”, - deyə ekspert bildirib.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

