Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avtomobilin idxal rüsumları dəyişir?

Avtomobilin idxal rüsumları dəyişir?

11.01.2022 [10:29]

Və ya hansı avtomobilləri almaq tövsiyə olunur...

Nicat

Ölkəmizdə ekologiyanın qorunması üçün dövlət tərəfindən sistemli şəkildə tədbirlər planı həyata keçirilməkdədir. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın icrasını qeyd etmək yerinə düşər. Proqramın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub .

Qanun cari ilin yanvar ayının 1-dən qüvvədədir. Belə ki, 1 yanvar 2022-ci il tarixdən mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərində 1,2, dizel mühərrikli minik avtomobillərində isə 1,5 yüksəldici əmsalın tətbiqi nəzərdə tutulub.

Bu dəyişikliyin məqsədi ölkədə avtomobil parkının yenilənməsinin stimullaşdırılması və ekologiyaya mənfi təsir edən avtomobillərin gətirilməsinin məhdudlaşdırılmasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.3.3.2-ci yarımbəndi ilə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamına əsasən, “təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına beş Milli Prioritetdən biri kimi təsdiq edilib.

Bu səbəbdən idxal edilən və istehsal tarixi 7 ildən artıq olan minik avtomobillərinə münasibətdə hesablanmış aksiz məbləğinə yüksəldici əmsalların tətbiqi ilə yanaşı, elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı, habelə istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı ƏDV-dən azad edilib.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ölkəyə idxal edilən nəqliyyat vasitələrinin 90 faizi mühərrik həcmi 2000 kubsantimetr həcmli olan nəqliyyat vasitələridir. Nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq olunan aksiz dərəcələrinin artımı isə mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə şamil edilir. Nəticədə bu dəyişikliyin əhalinin sosial cəhətdən həssas hissəsinə təsirləri gözlənilmir.

Mütəxəssislər hesab edirlər ki, qanundakı bu dəyişikliklər ölkəmizin avtomobil parkının yaxın gələcəkdə yenilənməsinə, istismara yararsız nəqliyyat vasitələrinin aradan çıxmasına gətirib çıxaracaq. Belə olduğu halda, avtomobillərdən havaya buraxılan zərərli maddələrin həcmi azalacaq və bu da təbii olaraq ekologiyanın təmizlənməsinə səbəb olacaq.

Mövzuyla bağlı “Yeni Azərbaycan”a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, bu dəyişiklik ölkəmizdə hibrid avtomobillərə marağı artıracaq: “Bu o deməkdir ki, ən yeni hibrid avtomobillərin satış qiyməti bir qədər ucuz olacaq. Həm sözügedən qərar, həm də 2 il əvvəl qəbul edilən elektromobillərə ƏDV-nin ləğvi qərarı 2018-ci ilin dekabrında qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bir məsələdir. Orada göstərilib ki, ekoloji cəhətdən daha az təhlükəli avtomobillərin idxalı üçün stimul yaradılmalıdır”.

Beynəlxalq təcrübədən danışan ekspert bildirib ki, dünya ölkələrində də əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir: “İnkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir. Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması. Bu, 2018-ci ildə qəbul olunmuş proqramda nəzərdə tutulub. Düşünürəm ki, ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar”.

 

 

 

Paylaş
Baxılıb: 96 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31