Heydər Əliyev

Аналитика

Внешняя политика

Актуальное

yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Nəticəyə hesablanan subsidiyalaşma nə vəd edir?

Nəticəyə hesablanan subsidiyalaşma nə vəd edir?

28.01.2022 [09:58]

Mübariz ABDULLAYEV

Qlobal miqyasda ərzaq təminatında yaranan çətinliklər və məhsulların qiymətinin artması fonunda Azərbaycan hökuməti bir sıra qabaqlayıcı tədbirlər həyata keçirir. Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq üçün yeni prioritet müəyyənləşdirilib. Bəhs olunan prioritet əsas ərzaq məhsulları üzrə idxalın deyil, daxili istehsalın genişləndirilməsindən ibarətdir. Bununla bağlı Nazirlər Kabinetində keçirilən və ölkənin ərzaq təhlükəsizliyinə dair  aktual məsələlərin geniş müzakirəyə çıxarıldığı iclasda bildirilib. Hökumətin ölkədə ərzaq məhsulları istehsalının artırılması üçün müəyyənləşdirdiyi 6 baza prinsipindən biri fermerlərə ayrılan subsidiyalarla bağlıdır.

Respublikamızda ərzaq məhsullarına artan tələbatın daha çox dərəcədə yerli istehsal hesabına qarşılanması prioritetinin müəyyənləşdirilməsi bir sıra daxili və xarici amillərlə şərtlənir. Qeyd olunduğu kimi, hazırda qlobal miqyasda istehlak bazarında arzuolunmaz vəziyyət hökm sürür. Qiymətlər durmadan yüksəlir. Vəziyyətin nə vaxt sabitləşəcəyi ilə bağlı proqnozlar vermək çətindir. Belə bir şəraitdə daxili istehsalı genişləndirməklə həm risklərdən sığortalanmaq, həm də valyutanın xaricə axınının məhdudlaşdırılması mümkündür. Ölkəmizdə ərzaq məhsulları istehsalının genişləndirilməsinə dövlət tərəfindən güclü siyasi iradə göstərilir. Eyni zamanda, bunun üçün iqtisadi resurslar və maliyyə imkanlarımız var. Bu sahədə əvvəlki illərdə toplanan təcrübə də müsbətdir.

Respublikamızda aqrar sektorda fermerlərə müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Aqrar sahə üzrə dövlət dəstəyi formalarını bu cür qruplaşdırmaq mümkündür: fermerlərə birbaşa (əkin sahəsinə, heyvan başına və ya istehsal vasitələrinə görə) ödənişlər,  məhsullar üzrə qiymət dəstəyi (bazara müdaxilə yolu ilə), məhsul sığortası, kredit, marketinq, suvarma suyu və s. görə subsidiyalar, ixrac subsidiyası, habelə idxala kvotalar və tariflər şəklində maneələrin tətbiqi. Fermerlərə göstərilən dəstək mexanizmləri sırasında subsidiyalar xüsusi yer tutur. Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlir əldə etmək imkanlarını artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir.

Nazirlər Kabinetinin subsidiyaların nəticəyə görə verilməsi prinsipindən çıxış etməsi subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır. Mütəxəssislər də subsidiyalaşmanın yeni prinsiplər əsasında həyata keçirilməsini təqdir etdiklərini bildirirlər. Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vahid Əhmədov vurğulayıb:  “Nazirlər Kabinetinin məlum iclasında ölkəmizdə ərzaq istehsalının artırılması, daxili bazara nəzarət edilməsi ilə bağlı ciddi müzakirələr aparılıb. Burada toxunulan məsələlər böyük aktuallıq daşıyır. Biz son illərin təcrübəsinə baxsaq, ölkəmizdə subsidiyalaşma mexanizminin davamlı  şəkildə təkmilləşdirildiyinin şahidi olarıq. Aqrar sektorda subsidiyalaşdırmanın artıq elektron platforma üzərindən həyata keçirilməsi şəffaflığın təmin olunması baxımından böyük üstünlüklər yaradır. Əvvəllər narazılıqlara yol açan ən ciddi məsələ bir sıra hallarda vəsaitlərin ünvana çatmaması ilə bağlı idi. Artıq deyə bilərik ki, bu çatışmazlıq aradan qalxıb. Hesab edirəm ki, nəticəyə hesablanan  subsidiyalaşma mexanizminin tətbiqi məhsuldarlığın artmasına öz müsbət təsirini göstərəcək. Fermer son nəticə  barədə düşünəcək və bununla da subsidiyaların verilməsindəki bəzi qaranlıq məqamlar da aradan qalxacaq”.

Subsidiyaların verilməsində daha bir yenilik də olacaq. Belə ki, 2025-ci ildən etibarən aqrar subsidiyalar yalnız daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu, fermerlərə dövlət büdcəsinin vəsaitlərindən daha səmərəli şəkildə yararlanmaq imkanı yaradacaq. Yenilik Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmana əsasən tətbiq olunacaq. Bu barədə məlumat verən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri  Rəfael Quliyev bildirib ki, zamanında ləğv edilmiş sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almış, lakin bu torpaqlar üzərində mülkiyyət hüququ rəsmiləşdirilməmiş şəxslərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin ediləcək. Bu proses fermerlərin müraciətləri əsasında dövlət vəsaiti hesabına həyata keçiriləcək.  “Fərmanda qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bildirib.

Paylaş:
Baxılıb: 196 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Analitik

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Gündəm

Prezident bu gün

Prezident bu gün

17 May 09:58

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31