Xarici şirkətlər niyə Azərbaycanı seçir?
18.02.2022 [10:06]
İqtisadiyyatımıza investisiya qoyuluşuna böyük maraq var
Mübariz ABDULLAYEV
Yüksək maliyyə təminatı hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən mühüm amillər sırasında yer alır. Bu baxımdan deyə bilərik ki, respublikamızda milli iqtisadiyyatın inkişafı üçün şərtlər yüksək səviyyədə təmin olunub. Son 18 ildə Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında Azərbaycan iqtisadiyyatının maliyyə resurslarına asan çıxışı təmin olunub. Keçilən yola nəzər saldıqda görürük ki, bəhs olunan dövrdə milli iqtisadiyyatın istər kənd təsərrüfatı, istərsə də sənaye sektorlarında çoxlu sayda layihələr dövlət və özəl investisiyalar hesabına maliyyələşdirilib. Əlamətdar haldır ki, milli iqtisadiyyatımızın investisiya mənbələri də müxtəlifdir. Bura həm xarici, həm də daxili mənbələrdən yönəldilən investisiyalar daxildir.
Əlverişli investisiya mühiti
Bütövlükdə, 1995-ci ildən indiyədək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür. Yerli və xarici sərmayələrin yönəldildiyi sahələrin əhatə dairəsi kifayət qədər genişdir. Əlbəttə, investorlar heç vaxt öz vəsaitlərini, necə deyərlər, küləyə vermirlər. Onlar hansısa bir ölkəyə və yaxud sahəyə sərmayələr yönəldərkən mütləq araşdırmalar aparırlar və yalnız bundan sonra sərmayə planları barədə qərarlarını verirlər.
Bəs yerli və xarici investorları Azərbaycan iqtisadiyyatının bu və ya digər sahələrinə sərmayələr yönəltməyə sövq edən, onları inandıran amillər hansılardır? Sualın cavabı olaraq ilk növbədə respublikamızda investisiya mühitinin müsbət olmasını qeyd edə bilərik. Azərbaycan dövləti müxtəlif mənbələrdən milli iqtisadiyyatımıza sərmayələrin yönəldilməsinə güclü siyasi iradə göstərib. Dövlətimizin bu iradəsi ölkədə sahibkarlıq mühitinin ardıcıl şəkildə optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbul edilməsində öz əksini tapır. Bu məqamda bir suala da aydınlıq gətirmək lazımdır: İnvestorlar hansı ölkələrə sərmayələr yönəltməyə üstünlük verirlər? Əlbəttə ki, stabil inkişaf edən, müxtəlif rəngli inqilablardan uzaq olan, uzunmüddətli dövrdə daxili sabitliyini qoruyan ölkələrə. Azərbaycan məhz belə dövlətdir. Burada cəmiyyət iqtidarla həmrəydir və müxtəlif fondların çağırışlarına etinasız münasibət sərgiləyir.
Azərbaycanın yüksək investisiya cəlbediciliyini şərtləndirən digər bir mühüm amil respublikamızın müasir infrastruktur təminatı ilə bağlıdır. Bəhs olunan dövrdə bütün ölkə üzrə elektrik enerjisi, su, “mavi yanacaq” təminatı obyektləri tikilərək istifadəyə verilib. Hazırda Azərbaycan bütün ölkə üzrə müasir yol-nəqliyyat və logistika infrastrukturuna malikdir. İstehsal olunan məhsullar bu yollarla təyinat yerlərinə və bazarlara tez və rahat çatdırılır. Qeyd edək ki, respublikamızda müxtəlif təyinatlı infrastruktur obyektləri bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına inşa olunub. Sahibkarlar isə sonradan bu hazır infrastrukturdan məmnuniyyətlə bəhrələnirlər və öz investisiyalarını iqtisadiyyatın müxtəlif sahələrinə yönəldirlər.
Azərbaycan dövləti həmçinin ölkənin investisiya cəlbediciliyini artırmaqdan ötrü islahatlar çərçivəsində institusional çərçivəni davamlı şəkildə optimallaşdırır. Respublikamızda dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb.
Ölkəmizin investisiya mühitinin optimallaşdırılması istiqamətində digər belə tədbirlər də görülür. Bütün bunların uğurlu nəticələri isə respublikamıza müxtəlif mənbələrdən cəlb olunan investisiyaların həcminin artmasında öz əksini tapır.
İşğaldan azad edilmiş ərazilərimizə sərmayə yönəltmək istəyən
xarici şirkətlər
Sirr deyil ki, hazırda qlobal pandemiya səbəbindən bütün dünya üzrə investisiya qoyuluşu üçün şərait optimal sayılmır. Bu da ilk növbədə risklərin artması, əmək fəallığının azalması, dövlətlərin əlavə borclanmaya getmələri kimi amillərlə bağlıdır. Azərbaycana gəldikdə isə ölkəmiz hətta belə arzuolunmaz xarici təsirlər müqabilində də özünün yüksək investisiya cəlbediciliyini quruyub saxlayır. 2022-ci ilin yanvar ayında milli iqtisadiyyatımıza 300 milyon manatadək investisiya cəlb olunub. Xaricdən gələn investisiyalar əsas kapitala yönələn sərmayələrin 45%-ini təşkil edib. Ölkəmizə bir qayda olaraq bütün dünyada tanınan şirkətlər sərmayələr yönəldirlər. Yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Gələn il istifadəyə verilməsi nəzərdə tutulan həmin külək elektrik stansiyasına sərmayə qoyuluşu bütünlüklə xarici şirkətə məxsusdur.
“Iveco Truck & Bus” da Azərbaycana investisiya qoymaq istəyən şirkətlər sırasında yer alır. Bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Iveco Truck & Bus” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Roman Smirnovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. R.Smirnov təmsil etdiyi şirkətin fəaliyyət istiqamətləri və investisiya planları barədə danışıb, şirkətin Azərbaycanda yaradılmış sənaye zonalarında, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə layihələrin həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Tərəflər nazirliyin Sumqayıt Kimya Sənaye Parkında IVECO markalı avtobus və xüsusi təyinatlı avtomobillərin istehsalı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında texniki xidmət mərkəzinin təşkili və yük avtomobillərinin yığımı layihələrinin reallaşdırılması məsələlərini müzakirə ediblər.
Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərə sərmayələr yönəltmək istəyən yerli və xarici şirkətlərin sayı kifayət qədər çoxdur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına əsasən, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan quruma 945 müraciət daxil olub.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına maraq göstərən xarici şirkətlərin də sayı kifayət qədər çoxdur. Azərbaycan bəhs olunan ərazilərin bərpasında dost ölkələrlə sıx əməkdaşlıq edir. İlk olaraq bərpa prosesinə qardaş Türkiyənin şirkətləri cəlb olundular. Sonradan bu sırada İtaliya şirkətləri yer aldılar və siyahı daha da böyüdü. Bütövlükdə, indiyədək 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə qoşulmaq istəklərini bildiriblər. Bəhs olunan şirkətlər 10-dan çox ölkəni təmsil edirlər.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12

