Azərbaycanda ərzaq qıtlığı və qiymət artımı gözlənilirmi?
11.03.2022 [23:47]
Mübariz ABDULLAYEV
Avropa dövlətlərinin və ABŞ-ın Rusiyaya qarşı sanksiyaların əhatə dairəsini genişləndirməsi yalnız bu ölkəyə deyil, bütövlükdə qlobal iqtisadiyyata mənfi təsirlər göstərməkdədir. Artıq Rusiyada olduğu kimi, Avropada və ABŞ-da da qiymətlərin artması, müxtəlif məhsullarla təchizatın pisləşməsi müşahidə edilməkdədir. Bəs Rusiyaya qarşı tətbiq edilən sanksiyalar region dövlətlərinə, o cümlədən də Azərbaycana necə təsir edə bilər? Rusiya-Ukrayna müharibəsinin alovlanması fonunda yaranan suallardan biri ərzaq təminatı ilə bağlıdır.
Son illər dünyada gedən geosiyasi proseslər, həmçinin iqlim dəyişikliyi, kəskin quraqlıq, eləcə də COV?D-19 pandemiyasının geniş yayılması dünya ərzaq bazarına ciddi təzyiqlər yaradıb. Əksər ölkələrdə bəlli səbəblər üzündən istehsalın azalması fonunda qiymətlər sürətlə artır. Çikaqo əmtəə birjasının məlumatlarına əsasən, yumşaq payızlıq taxılın qiymətləri 2012-ci ildən bəri ilk dəfə bir buşel (0,027 ton) üçün 8 dolları keçərək rekord vurub. İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Rusiya-Ukrayna müharibəsi qlobal ərzaq bazarında təchizata və qiymətlərə təzyiqləri artırıb: “Dünya bazarında buğda 40 faiz, soya yağı 26 faiz, qarğıdalı və qarğıdalı unları 20 faiz bahalaşıb. Ölkələrin həmin qidalarla təchiz olunmasında Rusiya və Ukrayna mühüm rol oynayırlar. İndi Ukraynada müharibə səbəbindən istehsal pozulub. Bu, o deməkdir ki, növbəti mövsümdə Ukrayna bazarlara sözügedən məhsulları ixrac edə bilməyəcək”. Rusiyanın sanksyalar altında olduğuna diqqət çəkən iqtisadçı-ekspertin sözlərinə görə, bu səbəbdən region dövlətlərində və Azərbaycanda da ərzaq təminatında müəyyən çətinliklərin yaranma ehtimalı var.
Qeyd edək ki, Azərbaycan ölkənin ərzaq təhlükəsizliyini davamlı şəkildə diqqət mərkəzində saxlayan dövlətdir. Bunun nəticəsidir ki, artıq bir sıra mühüm istiqamətlər üzrə daxili tələbat sırf yerli istehsal hesabına qarşılanır. Ölkənin taxılla təminatına gəldikdə isə bu sahədə vəziyyət fərqlidir. Ölkəmizdə daxili tələbatın daha çox həcmdə yerli istehsal hesabına təmin olunması hədəflənsə də, hələlik idxaldan asılılıq yüksək səviyyədə qalmaqda davam edir. Azərbaycanın buğdaya illik tələbatı 3,2 - 3,3 milyon tondur, özünütəminat səviyyəsi isə 59-60% təşkil edir. Respublikamız tələbatın 40 faizini idxal hesabına ödəyir. Respublikamızın taxıl idxal etdiyi ölkələr sırasında Rusiya öndə dayanır. Bu siyahıda, həmçinin Ukrayna da yer alır. Hər iki ölkənin müharibə tərəfləri olduğunu nəzərə alsaq, perspektivdə ölkəmizin də taxılla təchizatda müəyyən çətinliklərlə üzləşəcəyi istisna deyil. İqtisadçı-ekspert bildirib ki, Rusiya hökuməti ölkənin alternativ istiqamətlərdə azalan gəlirlərinin kompensasiyası məqsədi ilə taxılın ixracı ilə bağlı təsdiq etdiyi qiymətləri artıra bilər. “Bu, o deməkdir ki, taxıl bazarda daha yüksək qiymətlə təqdim olunacaq. Rusiya həm də kvota tətbiqinə çalışacaq. Ehtimal olunur ki, Rusiya yüksək qiymətləri və kvotanı ilkin mərhələdə ona dost olmayan ölkələrə tətbiq etsin”, - deyə Rəşad Həsənov vurğulayıb.
Hazırda Azərbaycanda 1 milyon hektar sahədə taxıl əkini aparılır, bunun 650 min hektarı buğda sahələridir. Buğda üzrə orta məhsuldarlıq 31 sentnerdən yuxarıdır, ölkədə ildə 2 milyon tona yaxın buğda istehsal olunur. Gələcəkdə Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə yeni torpaqları dövriyyəyə cəlb etməklə ölkə üzrə taxılla özünütəminat səviyyəsini 75 faizə çatdırmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

