Logistika obyektləri yoxdursa
11.03.2022 [23:54]
Mübariz ABDULLAYEV
Öz iqtisadiyyatında ağırlıq mərkəzini tədricən qeyri-neft sektoruna transformasiya etməyi hədəfləyən Azərbaycan tranzit imkanlarını genişləndirməyi prioritet hədəflərdən biri kimi müəyyənləşdirib. Bu da onunla bağlıdır ki, respublikamızda böyük gəlir potensialına malik tranzit daşımaları üçün bütün şərtlər var. O cümlədən əlverişli coğrafi mövqeyə, uzunmüddətli daxili sabitliyə, quru və su sərhədlərinə malik olması, qonşularla yaxşı münasibətlər qurması, dünyada müsbət imic qazanması Azərbaycana tranzit imkanlarını genişləndirmək üçün böyük üstünlüklər qazandırır
Bütün istiqamətlərdə yaradılan müasir infrastruktur
Hazırda dünya ölkələri öz ərazilərindən daha böyük həcmlərdə tranzit yüklərin daşınmasını təmin etmək üçün ciddi rəqabət aparırlar. Belə demək mümkündürsə, dəhlizlər uğrunda mübarizə gedir. Bu rəqabətdə kimin önə çıxmasını şərtləndirən ən mühüm amillərdən biri infrastrukturla bağlıdır. Əgər müasir yollar, logistika obyektləri yoxdursa, təbii ki, dəhlizlərin cəlbediciliyi və funksionallığı da aşağı səviyyədə olacaq.
Azərbaycan son 18 ildə bütün ölkə üzrə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasına böyük həcmlərdə investisiyalar yönəldən ölkədir. Respublika üzrə hər il təxminən 1000 kilometr uzunluğunda yerli və respublika əhəmiyyətli yollar yenidən qurulur. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, yol infrastrukturuna yönəldilən investisiyalar ölkənin gələcəyinə hesablanan sərmayələrdir.
Azərbaycanın coğrafi üstünlüyü ondadır ki, ölkənin ərazisindən iki mühüm dəhliz - Şərq-Qərb və Şimal-Cənub marşrutları keçir. Ayrı-ayrılıqda bu dəhlizlərin yaradılmasında 10-a yaxın ölkə iştirak edib. Ancaq Azərbaycan yeganə ölkədir ki, hər iki dəhlizin formalaşmasına və onların funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Respublikamızın təşəbbüsü və moderatorluğu ilə yaradılan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa bağlantıdır. Yeni dəmir yolu xətti yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Respublikamız liderlik keyfiyyəti nümayiş etdirərək Xəzər sahilində ən böyük liman inşa etməyə nail olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır. Ələt İqtisadi Zonasının yaradılması isə ölkəmizin nəqliyyat-logistika imkanlarının genişlənməsinə əlavə impuls verəcək. Bütün bu kimi layihələrin reallaşdırılması sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat-tranzit hablarından birinə çevrilib.
Ölkə ərazisində müasir yol-nəqliyyat infrastrukturunun daha yüksək səviyyəyə qaldırılması istiqamətində işlər davam etdirilir. Təkcə 2021-ci ildə respublika ərazisində 728.3 km uzunluğunda avtomobil yolları yenidən qurulub. Bunun, 128.4 km-i respublika əhəmiyyətli yollardır. Hazırda beynəlxalq miqyaslı “Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 130 kilometrlik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası intensiv şəkildə davam etdirilir. Eyni zamanda, Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədi magistralının uzunluğu 23.7 km olan “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır. Cənub istiqamətində Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin (3 km) və Astaraçay üzərində körpünün tikintisi həyata keçirilir. Bu layihələr tamamlandıqdan sonra ölkəmizdən keçən hər iki dəhlizə daha böyük həcmlərdə tranzit yüklərin daşınması imkanları daha da genişlənəcək.
Daşımalarda yüksək dinamika
Geniş Avrasiya coğrafiyasında yerləşən ölkələr və transmilli şirkətlər öz yüklərini Azərbaycandan keçən dəhlizlər üzərindən rahat və təhlükəsiz şəraitdə daşınmasına böyük maraq göstərirlər. Respublikamızla Qazaxıstan arasında nəqliyyat əlaqələri müsbət tendensiyalar əsasında inkişaf edir. Elə bu günlərdə Qazaxıstanın nümayəndə heyəti respublikamızda səfərdə olub. Nümayəndə heyəti ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. Qurumdan “Yeni Azərbaycan”a verilən məlumatda bildirilib ki, görüşdə ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün daşıma tariflərinin optimallaşdırılması, gömrük prosedurlarının sinxronlaşdırılması barədə müzakirələr aparılıb. Qeyd olunub ki, regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsinin nəzərdən keçirilməsini və tranzit-nəqliyyat əlaqələrinin qurulmasını diktə edir. Azərbaycan üzərindən daşımaların genişləndirilməsinə maraq Rusiya, İran, Türkiyədə də kifayət qədər böyükdür. “Şimal-Cənub” dəhlizinin inkişafı Azərbaycanın, Rusiyanın və İranın maraq dairəsindədir. Azərbaycanın transit imkanlarının cəlbediciliyi “Bir kəmər - bir yol” təşəbbüsü ilə çıxış edən Çin üçün də artır.
Azərbaycanın tranzit imkanlarına marağın artması Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə daşınan yüklərin həcminin artmasında da özünü göstərir. Cari ilin yanvar ayında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 16 milyon ton yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artım deməkdir. Yüklərin 53,9 faizi avtomobil, 7,7 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,4 faizi hava nəqliyyatı, 35,2 faizi isə boru kəməri ilə daşınıb. Eyni zamanda, yanvarda dəniz limanlarında 802,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib. Bu yüklərin 759,9 min tonunu və ya 94,7 faizini tranzit yüklər təşkil edib. Daşımaların həcminin artması bir daha təsdiqləyir ki, Azərbaycanın qlobal təchizat zəncirində rolu getdikcə artır.
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

