Moody’s: Azərbaycanın istənilən defisiti bağlamaq imkanları var
19.03.2022 [00:30]
Mübariz ABDULLAYEV
Azərbaycan iqtisadiyyatını davamlı olaraq genişləndirən, bunun üçün bütün şərtləri təmin edən ölkədir. Aparılan islahatlar qeyri-neft iqtisadiyyatının dinamik inkişafını, ölkədə sahibkarlıq mühitinin optimallaşmasını, investisiya cəlbediciliyinin artmasını təmin edir. Təsadüfi deyildir ki, respublikamız qısa müstəqillik tarixində ÜDM istehsalının 3 dəfədən çox artımına nail olmaqla dünya ölkələri sıralamasında öncül mövqelərdən birini bölüşür.
Eyni zamanda, ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq ölkəmizin valyuta ehtiyatları artır. Azərbaycan hətta “böyük xərclər dövrü” kimi səciyyələndirilən qlobal pandemiya, 44 günlük müharibə və genişmiqyaslı bərpa işlərinin başlandığı postmüharibə mərhələlərində də valyuta ehtiyatlarını artırmağa nail olub. Hazırda ölkəmiz 53 milyard dollardan artıq strateji valyuta ehtiyatlarına malikdir ki, bu da kifayət qədər böyük rəqəmdir.
Diqqətəlayiq haldır ki, Azərbaycanın sosial-iqtisadi inkişaf və maliyyə sektorunda qazandığı uğurlar bir qayda olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətə layiq görülür. İndiyədək Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Davos İqtisadi Forumu kimi mötəbər qurumlar ölkəmizdə aparılan müasir infrastruktur quruculuğu, dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi, institusional çərçivələrin optimallaşdırılması, biznesin müxtəlif xidmətlərə əlçatanlığının artırılması ilə bağlı müsbət rəylər bildiriblər.
Milli iqtisadiyyatımızın güclü potensialı, ölkənin maliyyə dayanıqlığı barədə növbəti müsbət dəyərləndirmə Moody’s Investors Service qurumundan gəlib. Bütün dünyada böyük nüfuza malik olan Moody’s bu dəfə ölkələr üzrə dəyərləndirməsini Rusiya-Ukrayna müharibəsinin yaratdığı reallıqlar fonunda aparıb. Qurumun təqdim etdiyi hesabatda getdikcə daha da alovlanan müharibənin MDB ölkələrini kredit risklərinə gözləniləndən daha çox məruz qoyduğu bildirilir. Söhbət hansı risklərdən gedir? Hesabata əsasən, pul köçürmələrinə, ticarətə, investor etimadına, enerji və təhlükəsizliyə, eləcə də maliyyə institutlarına yönələn sanksiyaların dövlətlərə təsir göstərdiyi müşahidə edilir.
“Genişmiqyaslı sanksiyaların gücləndirilməsi nəticəsində Rusiyanın yaxınmüddətli iqtisadi perspektivinin kəskin pisləşməsi regionun iqtisadi artımına, xarici həssaslıq riskinə və fiskal konsolidasiya perspektivlərinə kəskin zərbə vurur”, - agentlik qeyd edir.
“Moody’s”ə görə, MDB məkanında Rusiyadan pul köçürmələrinin, ticarət dövriyyəsinin azalması və artan enerji qiymətləri fonunda bir çox ölkənin cari əməliyyatlar hesabı göstəriciləri pisləşəcək. Cari hesabın defisitinin genişlənməsi birinci növbədə Gürcüstan, Moldova və Qırğızıstanda gözlənilir.
Agentliyin hesabatında Azərbaycan və Qazaxıstanla bağlı müsbət məqamlar yer alıb. Hesabatda qeyd olunub ki, Azərbaycan və Qazaxıstan sözügedən təsirlərdən əsasən qorunub: “Neft qiymətlərinin 2022-ci ildə orta hesabla 110 dollardan yuxarı olacağı ilə bağlı yeni baza gözləntimizə əsasən, karbohidrogen ixracından gözlənilməz gəlirlər Azərbaycanı (“Ba2”, “müsbət”) və Qazaxıstanı (“Baa2” “stabil”) bu xarici təzyiqlərdən təcrid edəcək”.
Bundan əlavə, “Moody’s” bildirir ki, MDB üzrə zəif artım proqnozlarının gəlirlərə təzyiq göstərəcəyi gözlənilsə də, neft ixracatçıları olan Azərbaycan və Qazaxıstan əksinə, daha yüksək xammallar qiymətlərindən faydalanacaq və bu ölkələrin gəlirləri artacaq.
Agentliyin ekspertlərinin fikrincə, Azərbaycan və Qazaxıstanın istənilən defisiti bağlamaq imkanları var. Belə ki, artan enerji qiymətləri buna şərait yaradır, həmçinin sözügedən ölkələr fiskal dayanıqlığını və valyuta ehtiyatlarını qoruyub saxlaya biliblər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

