Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bol sulu Qarabağ

Bol sulu Qarabağ

16.04.2022 [12:23]

Mübariz ABDULLAYEV

Vətən müharibəsində işğaldan azad edilən ərazilər su resursları ilə zəngin olan bir diyardır. Elə postmüharibə mərhələsində sözügedən ərazilərdə həyata keçirilən bərpa-yenidənqurma işlərinin mühüm bir istiqamətini də bölgənin su ehtiyatlarından səmərəli istifadə olunması üçün zəruri infrastrukturun yaradılması təşkil edir. Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində bildirdiyi kimi, azad edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin icrası bu il nəzərdə tutulur.

Ərzaq təhlükəsizliyi üçün vacib amil

Hazırda dünyada müşahidə edilən geosiyasi gərginliklər fonunda ərzaq təhlükəsizliyi ölkələrin gündəliyində duran əsas məsələlərdən birinə çevrilib. İndiki şəraitdə hər bir ölkə özünün ərzaq təhlükəsizliyinə, ilk növbədə, daxili istehsalı genişləndirmək hesabına nail olmağa çalışır. Ərzaq məhsullarının yetişdirilməsi üçün isə, ilk növbədə, su lazımdır.

Azərbaycan su ehtiyatları məhdud olan ölkədir. Respublikamızın su ehtiyatları böyük dərəcədə transsərhəd çaylar vasitəsilə formalaşır ki, bu da müəyyən problemlərə yol açır. Buna görə də su ehtiyatlarından səmərəli istifadə olunması Azərbaycan üçün strateji önəm daşıyır. Məsələnin önəminə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb ki, suvarma işləri həm azad edilmiş torpaqlar üçün, həm bütün ölkə üçün ərzaq təhlükəsizliyini şərtləndirən əsas amillərdən biri olacaq. Qeyd edək ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərdə taxıl əkinlərinə və digər ərzaq məhsullarının yetişdirilməsinə start verilib. Bütövlükdə, bu yerlərdə ərzaq məhsullarının istehsalı üçün geniş imkanlar mövcuddur.

Qarabağda yeni su layihələri

İşğaldan azad edilmiş ərazilərdəki bir neçə iri su mənbəyinin - çayların və sututarların adlarını çəkmək mümkündür. Tərtər, Həkəri, Bazarçay, Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay bu sırada yer alır. Vaxtilə ulu öndər Heydər Əliyev Suqovuşan su anbarını inşa etdirəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağının suvarılması nəzərdə tutulmuşdu və sözügedən rayonlara lazımi həcm­lərdə su verilirdi. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycan bu su mənbələrindən məhrum qalmışdı. Eyni zamanda, 1 milyard 600 milyon kubmetr su tutumuna malik Xudafərin, eləcə də Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd kimi su anbarları da işğal altında idi. Mənfur düşmən, hətta su mənbələrindən də respublikamıza qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Yayda suyun qarşısı kəsilir, qış aylarında isə bəndlər açılır və beləliklə də keçmiş təmas xətti boyunca torpaqlarımız su altında qalırdı.

İndi bütün bunlara son qoyulub. 44 günlük müharibədə düşməni diz çökdürən Azərbaycan həm də özünün su mənbələrini işğaldan azad edib. “Su axan yerdən bir də axar” kəlamı burada lap yerinə düşür. Müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan su layihələri barədə ətraflı bəhs edib.  “Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Eyni zamanda, Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi planlaşdırılır. Bildirildiyi kimi, Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu infrastrukturun yaradılması imkan verəcək ki, yaxın zamanlarda 10 min hektar ərazi suvarma suyu ilə təmin edilsin.

Paylaş:
Baxılıb: 496 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30