3 ay gözləmə ləğv edildi
19.04.2022 [10:06]
İşsizliyə görə pulun asan yolu
Nicat DİLQƏMLİ
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilir. Hər bir sahədə olduğu kimi, bu sahədə də son illər mühüm və ardıcıl addımlar atılmaqdadır. Dövlətimizin başçısı hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayıb ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.
Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycanda işsizlik səviyyəsi minimuma endirilib. Rəqəmlərlə ifadə etsək, 5.2 faizə qədər endirilib. Ölkə başçımız öz çıxışlarından birində bununla bağlı deyib: “Son on il ərzində bizim ən böyük uğurlarımızdan biri də ondan ibarətdir ki, yoxsulluğun səviyyəsi 50 faizdən 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə düşmüşdür”.
İşsizlik faizinin minimuma endirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər planı bu gün də davam etdirilir. Yeri gəlmişkən, ötən həftə Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərara əsasən, işsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb.
Qərara əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən işdən azad olunan şəxslər üçün tələb olunan staj müddəti 35 aydan 30 aya endirilib. Sığorta ödənişinin təyin olunması üçün əmək qabiliyyətli şəxslərin işsiz kimi qeydiyyata alındığı tarixdən sonra 3 ay gözləmə müddəti isə ləğv edilib. Yəni sığorta ödənişi sığorta hadisəsinin baş verdiyi tarixdən təyin olunacaq, işini itirən şəxsin müraciət etdiyi aydan etibarən işsizlikdən sığorta ödənişi almaq hüququ yaranacaq.
Qeyd edək ki, işsizlikdən sığorta ödənişi işəgötürən tərəfindən ləğv edildikdə, ştat ixtisar edildikdə və müddətli əmək müqaviləsinin müddəti bitdikdə təyin olunur.
İşsizlikdən sığorta ödənişi almaq hüququnun yoxlanılması üçün ilk olaraq “Məşğulluq” altsistemində (DOST Mərkəzlərinə və ya ərazi məşğulluq filiallarına müraciət etməklə) qeydiyyatdan keçmək tələb olunur.
Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və şəxs işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə vətəndaşa məlumat verilir.
Vətəndaşların sosial rifahının daha da yüksəldilməsinə xidmət edən layihələrin uğurla həyata keçirilməsi bir daha bunu deməyə əsas verir ki, Azərbaycan siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkə başçımız çıxışlarında bu məsələyə dəfələrlə toxunub. Belə ki, Prezident İlham Əliyev çıxışlarının birində vurğulamışdı: “O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

