Avropa üçün “olum, ya ölüm” məsələsi
13.05.2022 [10:43]
Mübariz ABDULLAYEV
“Qoca qitə”nin enerji təchizatına yaranan təhdidlər
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsi fonunda cərəyan edən proseslər regional və qlobal miqyasda ciddi problemlərə səbəb olub. Müharibə uzandıqca isə problemlər daha da kəskinləşir. Çətinliklər sırasında Avropanın enerji təhlükəsizliyinə yaranan ciddi təhdidlər xüsusilə diqqət çəkir. Ekspertlərin dəyərləndirmələrinə görə, enerji təhlükəsizliyi məsələsi “qoca qitə” üçün ölüm və ya həyat məsələsinə çevrilib.
Rəqiblərin qazdıqları quyuya kim düşəcək?
İş ondadır ki, bu gün Avropaya enerji məhsullarının ixracını zaman-zaman siyasi təzyiq vasitəsinə çevirən Rusiya və bu ölkədən neft-qaz idxalını tam dayandırmağı hədəfləyən “qoca qitə” bir-birilərinə qarşı hədsiz dərəcədə tünd notlarla ambisiyalar sərgiləyir. Xəbər verildiyi kimi, Rusiya prezidenti “dost olmayan ölkələr”ə qaz satışının rublla həyata keçirilməsi tələbini özündə ehtiva edən sənəd imzalayıb və qərarın icrasında israrlı görünür. Artıq “mavi yanacaq”ın dəyərini rublla ödəmək istəməyən ayrı-ayrı ölkələrə Rusiyadan qaz ixracı dayandırılıb. Avropa isə öz növbəsində uzun müddətdir ki, müzakirələri aparılan altıncı sanksiyalar paketi çərçivəsində Rusiya neftindən mərhələli şəkildə imtina etməyi hədəfləyib. Qeyd edək ki, Rusiya Avropanın enerji təchizatında böyük paya malikdir. Belə ki, “qoca qitə”nin qaza tələbatının 40-45 faizi, neftə olan istehlakının isə 25 faizi Rusiyadan edilən ixrac hesabına qarşılanır. Xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir. İndiyədək bu məhsulların 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollara çatıb. Bu reallıq fonunda Qərb cari ilin sonunadək Rusiyanın gündəlik 5 milyon barellik neft ixracını alternativ mənbələr hesabına əvəzləməyi qarşıya məqsəd qoyub.
Ekspertlər Rusiyanın və Avropanın enerji təchizatı məsələsində qarşılıqlı ambisiyalar nümayiş etdirmələrini rəqiblərin bir-birilərinə quyu qazmasına bənzədirlər. Belə görünür ki, quyuya elə hər iki tərəf düşəcək. Belə ki, sanksiyalar bütün miqyası ilə işə düşəcəyi təqdirdə Rusiya neft satışından qazandığı milyardlarla gəlirdən məhrum qalacaq. Avropanı isə təklifin azalması fonunda enerji bazarında qaçılmaz olacaq qıtlıq və kəskin bahalaşma dalğasının yaradacağı çətinlikləri dəf etmək kimi ciddi bir sınaq gözləyir. “Qoca qitə” bu sınaqdan çıxa biləcəkmi? Sualın cavabını zaman verəcək. Ancaq bəri başdan Avropanın bir sıra dövlətləri, o cümlədən Macarıstan Rusiyadan neft idxalının dayandırılması ilə bağlı narahatlıqlarını açıq mətnlə ifadə edib. Həmçinin Almaniya da şimal qonşumuzdan enerji daşıyıcılarının idxalının davam etdirilməsində maraqlıdır. Ekspertlər avropadan olan istehlakçılar arasında parçalanmanın və fikir ayrılığının dərinləşəcəyi qənaətini bölüşürlər. Həm də Avropa üçün təhlükə yalnız neftlə bağlı deyil. Rusiyanın “Qazprom” şirkətindən bildirilib ki, bu ölkədən Ukrayna vasitəsilə “qoca qitə”yə “mavi yanacaq”ın tranziti 25 faizdən çox, başqa sözlə desək, 53,2 milyon kubmetrədək azala bilər. Buna səbəb kimi, Ukraynanın Rusiyadan Avropaya qaz tranziti imkanlarını məhdudlaşdırması göstərilir. Hazırda Ukraynada qazın tranziti üçün yalnız bir çıxış saxlanılıb.
Xərclərin artması qaçılmaz olacaq
Rusiya neftindən imtinanın yaratdığı çətinliklər artıq Avropanın qapısını döyür. Xüsusilə təklifin azalması fonunda qiymətlərin bahalaşması qaçılmazdır və bu proses artıq başlayıb. Brent markalı neft bir gün ərzində 7 faiz bahalaşıb. Böyük Britaniyanın enerji tənzimləyici şirkəti olan “Ofgemin” rəhbəri Conatan Brearli bildirib ki, müştərilərlə daim əlaqədə olur və müəssisələrin, ev təsərrüfatlarının enerji daşıyıcılarına görə artan qiymətləri qarşılamaqda hansı çətinliklərlə üzləşdiklərini yaxşı bilir. Mütəxəssisin sözlərinə görə, hazırda enerji bazarında qeyri-sabitlik var və cari ilin sonunadək qiymətlərin artımının növbəti dalğası gözlənilir.
Rusiyadan enerji asılılığından xilas olmaq üçün Avropa İttifaqı (Aİ) ölkələrini böyük xərclər gözlədiyini başqa mənbələr də təsdiqləyir. Avropa Komissiyasından alınan məlumatlara görə, bəhs olunan hədəfə çatmaq üçün Aİ 195 milyard avro həcmində vəsait xərcləyə bilər ki, bu da kifayərt qədər böyük rəqəmdir. Avropa Komissiyasının müvafiq sənədində vurğulanıb: “2030-cu ilədək enerji istehlakını əvvəllər planlaşdırıldığı 9 faiz əvəzinə 13 faiz azaltmaq Avropa İttifaqı üçün qaçılmaz zərurətə çevriləcək”. İndiki reallıqlar fonunda bərpa olunan mənbələrdən alınan enerji həcmlərinin artırılması da qarşıya qoyulan hədəflər sırasında yer a?ır. Sənədə əsasən, bərpa olunan mənbələrdən enerji istehsalı 2020-ci ildəki 22 faizdən 2030-cu ildə 45 faizədək artırilmalıdır. Əks halda Avropanın enerji təhlükəsizliyi üçün problemlər daha ciddi olacaq.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

