Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avropada neft həyəcanı

Avropada neft həyəcanı

27.05.2022 [10:14]

M. FEYİZLİ

Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra digər strateji sahələrdə olduğu kimi, qlobal neft bazarında da təlatümlər yaşanmaqdadır. Açıq şəkildə görünür ki, müharibə yalnız döyüş meydanında getmir və yalnız iki ölkə arasında baş vermir. ABŞ və Avropa İttifaqı (Aİ) ölkələri müharibə tərəfi olan Ukraynaya güclü şəkildə maliyyə və hərbi dəstək göstərirlər. Diqqəti çəkən əsas məqamlardan biri də odur ki, müharibə enerji amilini həm də qarşı duran tərəflər arasında siyasi təzyiq vasitəsinə çevirib. Ukrayna ətrafında formalaşan koalisiya Rusiyanı zəiflətmək və gündəlik müharibə xərclərini qarşılamaq imkanından məhrum etmək üçün ən həssas nöqtələri hədəf seçməyə çalışırlar.

Rusiya neftindən imtina

Şimal qonşumuz üçün belə həssas nöqtələrdən biri, bəlkə də, birincisi enerji sektorudur. Rusiya dünyanın ən böyük neft və qaz istehsalçıları sırasında yer alır. Bu ölkə gündəlik 5 milyon barel neft və 3 milyon barel neft məhsulları ixracatına malikdir. Şimal qonşumuz Avropaya yalnız neft ixracatından illik 104 milyard dollar gəlir götürür. Rusiya-Ukrayna müharibəsinin ilk 2 ayında Avropa İttifaqı Rusiyaya  yanacaq məhsullarına görə 44 milyard avro (46.3 milyard dollar) ödəyib. Sözügedən 2 ayda Rusiya qlobal yanacaq məhsulları satışından  66.3 milyard dollar qazanıb.

Qərb Ukraynaya qarşı müharibə düyməsini basan Rusiyanı bu gəlirlərdən məhrum qoymağı hədəfləyib. Artıq ABŞ-da Rusiyadan neft idxalına qadağa qüvvəyə minib. Avropa İttifaqı ölkələri də analoji addım atmaq niyyətindədirlər. Aİ məkanında müzakirə edilən, ancaq hələlik konsensusa nail olunmayan altıncı sanksiyalar paketi özündə həm də Rusiyadan neft idxalına qadağa qoyulmasını ehtiva edir. Ancaq belə görünür ki, Rusiya neftindən imtinanın fəsadları sanksiya müəllifləri olan ölkələrin özündə də qaçılmaz olacaq. Qeyd edək ki, Avropa İttifaqı ölkələrinin neft təchizatında Rusiya 25 faiz paya malikdir. Birləşmiş Ştatlar ötən il ən çox neft idxalını həyata keçirdiyi ölkə şimal qonşumuz olub - 672 min barel neft və neft məhsulları.

Qərb üçün asan olmayan dövr

Bəhs olunan idxal həcmlərinin itirilməsinin Qərb üçün asan başa gəlməyəcəyini bəri başdan söyləmək mümkündür. Rusiyadan idxalı dayandıran ABŞ-da neft məhsullarının qiymətinin kəskin artması müşahidə edilir və bu, narazılıqlara yol açır. Avropada da Rusiyadan neft idxalına qadağa qoyulmasının səmərəsiz bir addım olduğu barədə fikirlər səsləndirilir. Macarıstan və bir sıra digər ölkələr neft embarqosu ilə bağlı qərara kəskin etirazlarını bildiriblər. Almaniyadan olan iqtisadçı, Avropa parlamentinin məsləhətçisi Daniel Qros bildirib ki, Moskva enerji sferasında sanksiyalardan uduzmayıb, əksinə qazanıb. İqtisadçı Rusiyanın xam neft satışından gəlirlərinin artmasına diqqət çəkib. Avropaya isə sanksiyaların acı nəticələrini yaşamaq, neft və neft məhsullarının qiymətlərinin artmasının çətinliklərini qarşılamaq qalır. Qərbdə neft məhsullarının qıtlığının yaranacağı da istisna olunmur. Analitiklər Rusiyaya qarşı tətbiq edilən sanksiyalar fonunda ABŞ-ın  neft ehtiyatlarının 600 min barel, benzin ehtiyatlarının isə 800 min barel azalacağını proqnozlaşdırırlar. Hazırda ABŞ-da və Avropada, sözün əsl mənasında, dizel ajiotajı yaşanır. Avropa Rusiyadan gündəlik 740 min barel dizel alır. “Qoca qitə”də dizelin bir litrinin qiyməti 1,69 avroya çatıb. Avropada bu yanacağın qiyməti son bir ildə 35% artıb. Regionda dizelin qiyməti Rusiya-Ukrayna müharibəsi başlayandan bəri isə 15% bahalaşıb. ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, Amerikada dizelin bir qallonun qiyməti 5,5-6 dollara çatıb. Son bir ildə iki dəfə bahalaşan dizelin qiyməti fevralın 24-də müharibə başlayandan bəri təxminən 50% artıb.

Yeni mənbələr axtarışında

Yaranmış və gözlənilən daha ciddi çətinliklər ABŞ və Avropa dövlətlərini, necə deyərlər, başlarına çarə qılmaq məcburiyyətində qoyub. “Axios” portalının verdiyi məlumata görə, prezident Co Baydenin iki köməkçisi bu günlərdə gizli şəkildə Səudiyyə Ərəbistanına gediblər. Mayın 24-də Ər-Riyada səfər edənlərin Yaxın Şərq və Şimali Afrika üzrə əlaqələndirici Bret Makqerk və dövlət departamentinin qlobal enerji təhlükəsizliyi məsələləri üzrə baş məsləhətçisi Amos Xoxşteyn olduqları bildirilir. Portalın qənaətinə görə, ABŞ administrasiyasının rəsmilərinin qəfildən Səudiyyə Ərəbistanına səfərə getmələri təsadüfi deyil. Səfər zamanı bir sıra məsələlərin müzakirəsinin aparıldığı ehtimal edilir. Portalın vurğuladığına görə, Vaşiqton elçilərini Ə-Riyada həm də neft xahişinə görə göndərib. Ağ v azalan ehtiyatların yerini doldurmaq, qiymətlərin yüksəlməsini dayandırmaq və yaranan narazılıqları səngitmək üçün Səudiyyə Ərəbistanından neft istehsalını artırmasını istəyir. Xatırladaq ki, dünyanın neft ehtiyatlarının təxminən 18 faizi  Səudiyyə Ərəbistanının payına düşür. Ə-Riyadda Ağ vin xahişi nəzərə alınacaqmı? Bunu zaman göstərəcək. Ancaq görünən odur ki, Rusiyadan neft idxalını dayandıran ABŞ yeni mənbələr axtarmağa məcburdur. Ölkədə narazılıqların səngiməsi üçün Ə-Riyadın müsbət cavabı çox vacibdir. 

Paylaş:
Baxılıb: 183 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31