Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Yeni meyarlar...

Yeni meyarlar...

14.06.2022 [10:08]

Əlillik 3 deyil, 7 kriteriya nəzərə alınmaqla  müəyyənləşdiriləcək

Mübariz ABDULLAYEV

Azərbaycanda ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Ölkənin iqtisadi və maliyyə imkanları artdıqca Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev əhalinin rifah halının yaxşılaşmasına, gəlir imkanlarının genişlənməsinə hesablanan yeni təşəbbüslər irəli sürür və bir qayda olaraq, bu təşəbbüslərin icrası yüksək səviyyədə təmin olunur. Bu baxımdan şəhid ailələrinə və müharibə əlillərinə göstərilən davamlı diqqət və qayğı da öz əhatəliliyi ilə diqqət çəkir.

Dünya üçün nümunə

Müharibə qan-qada, ölüm-itim deməkdir. Yer üzündə müharibəyə cəlb olunan bütün ölkələr kimi, Azərbaycan da həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhidlər verdi, igid hərbçilərimiz Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə müxtəlif dərəcəli bədən xəsarəti aldılar. Təsəlli yerimiz isə odur ki, şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüşən Silahlı Qüvvələrimiz İkinci Qarabağ savaşında düşməni kapitulyasiyaya məruz qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Verilən məlumatlara görə İkinci Qarabağ savaşında düşmən tərəfində 10 minədək fərari qeydə alınıb. Sosial şəbəkələrdə Ermənistanın hərbi birləşmələrinin təmsilçilərinin qorxaqcasına döyüş mövqelərini qoyub qaçmalarını əks etdirən çoxsaylı foto və video materiallar yayımlanıb. Müharibə dövründə Azərbaycan Ordusunda isə bir dəfə də olsun fərarilik halı yaşanmayıb. İgid hərbçilərimiz “Arxada Vətəndir” deyib mərdliklə döyüşlərə atılır və qalib gəlirdilər.

Bu gün Azərbaycan dövləti və cəmiyyəti son 200 illik tariximizin ən böyük qələbəsinin əldə olunmasında xüsusi fədakarlıqlar göstərərək haqq dünyasına qovuşan şəhidlərimizin xatirəsini əziz tutur. Eyni zamanda, respublikamızda müharibədə əlillik qazanan qazilərə böyük hörmət və qayğı ilə yanaşılır. Deyə bilərik ki, Azərbaycan şəhid ailələrinə və qazilərə münasibətdə də dünyaya nümunə göstərir. Bu istiqamətdə dövlətin siyasətinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik”.

Qazilərin əlilliyinin qiymətləndirilməsi

Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı siyasəti müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan yenə də dünya miqyasında azsaylı ölkələrdəndir ki, şəhid  ailələrinə və qazilərə mənzillər verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, işğalçı Ermənistanda həlak olan əsgər və zabitlərin ailələrinə, eləcə də müharibədə əlillik qazananlara nəinki mənzil, heç daxma da verilmir. Azərbaycanda isə dövlət vəsaiti hesabına mənzillər tikilir və həmin mənzillər müvafiq kateqoriyadan olan ailələrə, qazilərə pulsuz paylanır. Bu sahədə statistika kifayət qədər zəngindir. İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ölkəmizdə 3500, ümumilikdə isə indiyədək 12500-dən çox mənzil və ya fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Bundan başqa,  ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin olunub. Əlamətdar haldır ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərin və minik avtomobillərinin təqdim olunması mərasimlərinə qatılırlar və özlərinin xeyir-dualarını verirlər. Onların bu qəbildən olan tədbirlərə qatılmaları müvafiq kateqoriyadan olan ailələr və qazilər üçün böyük təsəllidir və cəmiyyət üçün də bir örnək nümunəsidir.

Eyni zamanda, respublikamızda müvafiq qurumlar tərəfindən qazilərin əlilliyinin operativ qaydada qiymətləndirilməsi həyata keçirilir. Bu barədə KİV-ə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən ətraflı məlumat verilib. Bildirilib ki, müharibədən sonra aidiyyəti qurumların nümayəndələrindən ibarət komissiya müharibədə yaralanmış qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işlərini yerinə yetirib. Yekun  mərhələ kimi, Agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb. Qiymətləndirmənin nəticəsi olaraq artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Ümumilikdə, son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.

Keyfiyyətli reabilitasiya xidmətləri ilə təminat

Müharibədə müxtəlif dərəcədə bədən xəsarəti alan qazilərin reabilitasiyası da davamlı olaraq diqqət mərkəzində saxlanılır. Hələ bir neçə il bundan əvvəl respublikamızda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qazilərin yüksək keyfiyyətli reabilitasiya vasitələri ilə təmin olunmasını hədəfləyən proqramın icrasına başlanıldı. Proqram üzrə qazilər ən son texnologiyalar əsasında hazırlanan protezlərlə təmin olunurlar. Bu proqramın icrası İkinci Qarabağ müharibəsindən sonra da uğurla davam etdirilir. Qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son illərdə müasir tələblərə uyğun qurularaq yeni avadanlıqlarla təchiz olunmuş 12 reabilitasiya müəssisəsi mühüm potensial rolunu oynayır. Mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. İndiyədək 44 günlük Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə isə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı proqramı uğurla icra olunub. Bütövlükdə, son iki ilə yaxın dövr ərzində 1400-dən çox müharibə əlili təxminən 19,3 min reabilitasiya vasitəsi ilə təmin olunub.

Əlilliyin qiymətləndirilməsində yeni meyarlar

Respublikamızda 2022-ci il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqinə başlanılacaq. Bunadək ölkəmizdə əlillik  3 dərəcə üzrə məhdud çərçivədə müəyyənləşdirilirdi. Yeni qaydalara uyğun olaraq, qazilərimizin əlilliyi orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Başqa sözlə desək, yeni qaydalar əlilliyin müəyyənləşdirilməsində daha çox sayda kriteriyaların əsas götürülməsinə imkan verəcək. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun sözlərinə görə, bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 mühüm kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

Paylaş:
Baxılıb: 146 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Sosial

Avropa imtina edir

02 İyul 12:09

Xarici siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31