Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / İKT sahəsində yeniliklər...

İKT sahəsində yeniliklər...

15.06.2022 [10:54]

Startapların inkişafı üçün yeni zonalar yaradılır

Dronların ölkəyə gətirilməsi asanlaşacaq

Nicat PAŞA

Dronlardan müxtəlif məqsədlər üçün istifadə olunur. Artıq pilotsuz uçuş aparatları dünyada gündəlik istifadə edilən texnoloji alətlərdən birinə çevrilib. İlk olaraq bu uçuş aparatları hərbidə istifadə üçün yaradılıb. Lakin sonralar bir çox digər sahələrdə də bu əvəzsiz kəşfin tətbiqinə başlanıldı. Bununla da dronlar müxtəlif sahələrdə insanların köməkçisi oldu. Hazırda haqqında söz açdığımız aparatlar yalnız havadan çəkiliş etmək üçün istifadə olunmur. Bununla yanaşı, dronlar yüklərin daşınmasında, planetlərin araşdırılmasında və digər məqsədlərə nail olmaqda insanların köməyinə çatır. Dronlar videoçəkilişlərin həyata keçirilməsində də geniş istifadə olunur. Bəzi media qurumları ən müasir dronlarla təchiz edilib.

PUA-nın tarixi 1849-cu ilə gedib çıxır. Müxtəlif mənbələrdə qeyd edilir ki, 1899-cu ildə Madison Square Garden-də keçirilən sərgidə mühəndis və ixtiraçı Nikola Tesla miniatür radio ilə idarə olunan qayıq nümayiş etdirməsi bu aparatların ilkin kəşfi hesab olunur. Bildirilir ki, yerli əhalinin, ilk növbədə, onun ixtirasının hərbi tətbiqi ilə maraqlanmasına baxmayaraq, Tesla özü humanoid avtomatlarda uzaqdan idarəetmənin (ixtiraçı tərəfindən “teleatomatika” adlandırılan) potensial olaraq daha geniş tətbiqinə işarə edib.

Haqqında danışılan aparatların günü-gündən təkmilləşdirilməsinə baxmayaraq, dünyanın bir çox ölkəsində dronlardan istifadə yalnız müəyyən qaydalarla gerçəkləşə bilər.

Avropa İttifaqının pilotsuz uçan aparatların istehsalı və istifadəsi üzrə liderlərdən biri olmasına baxmayaraq, orada hazırda uçuş üçün dəqiq qaydaları müəyyən edən hansısa bir qanun yoxdur. 2015-ci ilin sonunda Avropa Parlamenti bu barədə qətnamə qəbul edib. Sənəddə Avropa Komissiyası diqqəti yalnız təhlükəsizlik məsələsinə çəkməməyə çağırır. Qeyd olunur ki, uçuş aparatları həm də insanların şəxsi həyatının toxunulmazlığına xələl gətirir.

İrlandiyada isə yerli normativlər əsasında dronlardan istifadə mümkündür. Belə ki, 2015-ci ildən etibarən 1 kq-dan artıq olan bütün dronlar qeydiyyata alınmalıdır.

İtaliyada kvadrokopterlərdən (qeyri-kommersiya məqsədli çəkiliş üçün, çəkisi 25 kq-dan az) böyük izdihamlı yerlərdə, şəhərlərdə, dəmiryol stansiyalarının, hava limanlarının, hərbi obyektlərin, elektrik stansiyalarının və dövlət idarələrinin yaxınlığında istifadəsinə qadağa qoyulub. Pilotsuz təyyarələrin qurğu ilə vizual təması saxlamaqla, şəhər infrastrukturundan ən azı 150 metr məsafədə, açıq, aydın görünən məkanda buraxılmasına icazə verilir. İnsanlara və şəxsi mülklərə 50 metrdən çox yaxınlaşdırmaq olmaz. Hava limanından 8 km radiusda fotoşəkil çəkmək qadağandır. Kommersiya çəkilişləri üçün lisenziya almaq lazımdır.

Ölkəmizdə də hər bir sahədə yeni texnoloji avadanlıqlardan geniş şəkildə istifadə olunur. Beləliklə də, istər xidmət sahələrində, istərsə də hərbi, tibb, təhsil - bütün sahələrdə vətəndaşların ən müasir üsullara əlçatanlığı yüksək səviyyədə təmin edilir. Texnoloji tərəqqinin ən parlaq nailiyyətlərindən biri olan dronların istifadəsi olduqca önəmlidir. 44 günlük Vətən müharibəsində dronlardan istifadənin vacibliyini bir daha görmüş olduq. Yalnız hərb sahəsində yox, bütün sahələrdə pilotsuz uçuş aparatlarından istifadənin genişləndirilməsi prioritet istiqamətlərdəndir.

Yeri gəlmişkən, dünən innovasiya ekosistemi nümayəndələri ilə görüşdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də bu barədə söz açıb: “Azərbaycan İT şirkətləri bəzən udduqları tenderləri Ukrayna şirkətlərinə “outsourcing” edirdilər. Təbii ki, bunun kökü satınalmalara bağlıdır. Artıq bu, əvvəlki illərdə kimi deyil. İndi bu daha şəffafdır”.

Nazir əlavə edib ki, hazırda bu problemin həll edilməsi istiqamətində işlər aparılır: “Aviasiya haqqında yeni qanun hazırlanır və bu qanunun qəbulundan sonra ölkəyə dronların gətirilməsində yaranan narahatlıq aradan qalxacaq”.

Qeyd edək ki, hazırda ölkəyə dron gətirmək istəyən şəxslər bir sıra qurumların icazəsini almalıdır.

Ümumilikdə ölkəmizdə İKT sahəsinin inkişafı istiqamətində görülən tədbirlər sözün bütün mənalarında artıq bir neçə ildir ki, özünü göstərir. Dövlət idarəetməsində və dövlət-vətəndaş, dövlət-biznes münasibətləri istiqamətlərində xeyli uğurlar əldə edilib. Hələ bir neçə il bundan öncə Davos Dünya İqtisadi Forumunun açıqladığı rəqabətqabiliyyətlik reytinqində dövlət orqanlarında İKT-nin tətbiqinə görə dünya sıralamasında Azərbaycan 137 ölkə arasında 14-cü yerə layiq görülmüşdü. Ekspertlər bunun kifayət qədər yaxşı göstərici olduğunu deyirlər.

Bu sahədə atılan addımlardan bir neçəsini sadalamaq olar. Elə bir neçə gün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə Teknofest Festivalına ilk dəfə olaraq Azərbaycan ev sahibliyi etdi. Festival çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları qırıcılarda birgə  nümunəvi uçuşlar, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri isə qayıqlarda maraqlı manevrlər həyata keçiriblər. Festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılmış pavilyonda müasir hərbi-texniki avadanlıqların təqdimatı olub.

Müasirləşmənin, elektronlaşmanın tətbiq arealını daha da artırmaq üçün İKT sahəsində çalışan yeni fikirli gənclərin hazırladıqları layihələrə, startaplara ehtiyac var. Dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşır. Ötən gün Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı bu məsələyə də münasibət bildirib. Nazir qeyd edib ki, Azərbaycanda startapların inkişafı üçün xüsusi zonanın yaradılması nəzərdə tutulur. Onun sözlərinə görə, bu layihənin Azərbaycan reallığına və qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur: “Artıq bununla bağlı sənəd hazırlanıb və hökumətdə müzakirədədir. Hesab edirik ki, sənəd bu ilin sonunadək qəbul ediləcək”.

Paylaş:
Baxılıb: 130 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

07 İyul 10:44

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Sosial

Sosial

Xarici siyasət

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31