Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 15%-dən 20%-ə...

15%-dən 20%-ə...

04.08.2022 [10:30]

ƏDV-nin geri qaytarılmasında yeni qaydalar

MÜBARİZ

Respublikamızda uğurlu layihələrdən olan “ƏDV-ni geri al” layihəsi üzrə dəyişikliklərin olacağı gözlənilir. Belə ki, layihə üzrə istehlakçılara geri qaytarılan məbləğin artırılması nəzərdə tutulur. Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumlarla müzakirəsini həyata keçirir.

Mövcud qaydalar

Xatırladaq ki, ƏDV-nin qaytarılması 21 mart 2020-ci il tarixdən etibarən vurulan çeklərlə mümkündür. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Prezident İlham Əliyevin 21 mart 2020-ci il tarixli Fərmanı ilə təsdiqlənib və həmin gündən qüvvəyə minib.

“ƏDV geri al” üzrə ƏDV-nin müəyyən faizinin geri qaytarılması Vergi Məcəlləsinin 165.5-ci maddəsi ilə tənzimlənir. Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür.

ƏDV-nin bir hissəsini geri almaq üçün vətəndaşlar şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi vasitəsilə www.edvgerial.az portalında qeydiyyatdan keçməlidirlər. Bu zaman portalda həmin şəxs üçün elektron kabinet və burada virtual “pul qabı” yaradılır.

ƏDV-nin müəyyən hissəsini geri almaq üçün istehlakçı www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilən sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər. BirBank tətbiqi portalda qeydiyyata alınmış telefon nömrəsinə yüklənməlidir. Bu zaman ƏDV-nin geri qaytarılması ilə bağlı sorğu elektron kabinetdə avtomatik əks olunur.

Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilir ki, istehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların qurumun məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. İsitfadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Layihənin maliyyə partnyoru olaraq Kapital Bank ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq etmir. Geri qaytarılan vəsait tam şəkildə virtual “pul qabı”na mədaxil olunur (vəsait bank kartlarına köçürülərək nağdlaşdırıldığı zaman müvafiq bankın tarif cədvəlinə uyğun istisnalar tətbiq edilə bilər).

Nağdsız ödənişlərin təşviqi

1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə geri qaytarılan ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən, nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:

-nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);

-nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).

Göründüyü kimi, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nağdsız ödənişin stimullaşdırılması nəzərdə tutulur. Bu zaman ödənilən ƏDV üzrə qaytarılma faizi artırılır, əvəzində nağd ödənilmiş ƏDV-nin faizi aşağı endirilir.

Paylaş:
Baxılıb: 98 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31