Pensiyalar, sosial müavinətlər yenidən artırılır
26.04.2023 [11:30]
Nicat Dilqəmli
Dünyada gedən geosiyasi və geoiqtisadi proseslər bəzi yeni reallıqların yaranmasını şərtləndirdi. İstər dörd bir yanı bürüyən koronavirus pandemiyası, istərsə də hələ də davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi bəzi ölkələrdə sosial tədbirlərin həyata keçirilməsinin qarşısında ciddi maneəyə çevrildi. Məhz qeyd edilən səbəblərdən sosial proqramların icrasını ixtisara salmaq məcburiyyətində qalan ölkələr də oldu.
Qlobal çağırışlarla hər zaman ayaqlaşmağı bacaran Azərbaycanın bu siyahıda olmaması heç də təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq sosial siyasət Azərbaycan dövlətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə aparılan məqsədyönlü siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Respublikamızda nə pandemiya və müharibə dövründə, nə də indiki mərhələdə hər hansı bir sosial layihə təxirə salınmayıb, əksinə əhalinin rifah halının yaxşılaşmasına hesablanan dəstək tədbirlərinin miqyası ardıcıl qaydada genişləndirilir.
Dövlət başçımızın tapşırıq və tövsiyyələrinə əsasən ölkəmizdə sosial tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də aprelin 20-də İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda dövlət büdcəsinə yenidən baxılması üçün tapşırıqların verilməsidir. Bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, iclasın gündəliyində Prezident İlham Əliyevin milli iqtisadiyyatın mövcud müsbət nəticələrini, makroiqtisadi vəziyyəti, cari ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra
göstəricilərini nəzərə alaraq 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı hökumətə verdiyi tapşırıqlar, o cümlədən Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları və digər məsələlər geniş müzakirə olunub. İclasda maliyyə naziri Samir Şərifovun məruzəsi və Şura üzvlərinin rəy və təklifləri dinlənilib.
Yekunda 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Təbii ki, dövlət büdcəsinə yenidən baxılması xüsusilə sosial sahəyə öz müsbət təsirini göstərəcək. Bu isə, heç şübhəsiz, qarşıdakı dövrdə pensiyaların və sosial müavinətlərin artırılmasını, nəticə etibarı ilə vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasını şərtləndirəcək.
Bəs, 2023-cü ilin büdcəsinə dəyişikliklərdən sonra hansı xərclərin artacağı proqnozlaşdırılır?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov “Yeni Azərbaycan” qəzetinə açıqlamasında bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunmasının 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaratdığını söyləyib. Deputat bəzi statistik göstəricilər barədə də ətraflı məlumat verib: “2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri isə 33.3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət büdcəsindən əmək haqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir”.
V.Bayramov büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağını da diqqətə çatdırıb: “Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil. Belə ki, sosial təminatın daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

