Un ucuzlaşdı...
31.08.2023 [11:44]
Çörəyin qiymətinə təsir edəcək?
Y.BAYRAMOVA
Naxçıvan Muxtar Respublikasında taxıl istehsalının həcmi əhəmiyyətli dərəcədə artıb. Bu da unun qiymətinin kəskin aşağı düşməsinə səbəb olub. Hazırda 50 kiloqramlıq un kisəsi 27 manata təklif olunur ki, bu da əvvəlki qiymətlə müqayisədə 10 manat və yaxud 27 % azdır.
Qeyd edək ki, bu il Naxçıvanda taxıl emalı müəssisəsi yerli istehsalçılardan 5 266 ton buğda qəbul edib, halbuki son 3 ildə bu rəqəm 2 700 tona yaxın olub. Son 20 gün ərzində isə 270 tona yaxın un satılıb.
Dünya bazarında buğdanın qiyməti aşağıdır
Naxçıvanda unun ucuzlaşmasının çörəyin qiymətinə təsirləri barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib ki, unun, eləcədə də çörəyin qiymətinə təsir edən əsas faktorlardan biri məhz taxıl istehsalının həcmi, həmçinin ölkəmizə idxal olunan taxılın xərci ilə bağlıdır: “Son zamanlar Naxçıvanda taxıl istehsalının artmasını müşahidə edirik. Bu da təbii ki, xüsusən Naxçıvan Muxtar Respublikasında daha çox taxıl təklifi və un qiymətlərinin aşağı düşməsinə gətirib çıxarır. Ümumiyyətlə, baxmayaraq ki, Rusiya, Ukrayna və Türkiyə arasındakı anlaşma hələlik dayanıb, amma dünya bazarında buğdanın qiymətinin yüksək olmadığını müşahidə edirik. Xüsusən də sazişin qüvvədə olduğu dövrlərdə kifayət qədər böyük məbləğlərdə taxıl məhsulları dünya bazarına çıxarılıb. Təbii ki, bu da buğdanın xərcinə və qiymətinə təsir göstərir”.
Çörəyin qiyməti azala bilər...
İqtisadçı qeyd edib ki, Naxçıvanda unun qiymətinin aşağı düşməsi iqtisadi baxımdan Muxtar Respublikada çörəyin qiymətinə təsir etməlidir: “Əgər unun qiymətində azalmalar varsa, nəticədə çörəyin qiymətində də azalamalar müşahidə edilməlidir. Çörəyin qiymətinin aşağı düşməsi arzuedilən olmaqla yanaşı, həm də bu durumun uzunmüddətli olması çox vacibdir. Bu konteksdən yanaşsaq, paytaxtımıza idxal olunan taxılın qiymətində və xərcində azalmalar olarsa, sözsüz ki, növbəti mərhələdə çörəyin qiymətində azalmalara gətirib çıxara bilər”.
Yeri gəlmişkən, Azərbaycana idxal edilən buğdanın qiyməti də son bir ildə enməkdə davam edir. Belə ki, 2022-ci il ilin iyun ayında buğdanın bir tonu 419 dollar olmuşdusa, 2023-cü ilin iyul ayında az qala yarıbayarı, 46 faiz azalaraq 225 dollara enib. Ötən dövrdə 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti isə 36 faiz azalaraq 40 manat 70 qəpikdən 26 manat səviyyəsinə düşüb.
Cari ilin birinci yarımilliyində Azərbaycanın buğda idxalının 66,3 %-i, arpa idxalının 81 %-i, qarğıdalı idxalının isə 66 %-i Rusiyadan olub. Avqustun 23-dən Rusiyada arpa, buğda və qarğıdalı ixracı üzrə gömrük rüsumları artırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

